PDF Oxu

Siyasət

  • 51

"Eurovision-2012" Mahnı Müsabiqəsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırdı

"Eurovision-2012" Mahnı Müsabiqəsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırdı

Azərbaycan son illərdə tarixinə yeni uğurlar yazır. Ölkənin artan iqtisadi gücü, dünyadakı nüfuzu onun müsbət imicinin daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycanın dünyəvi, hüquqi dövlət kimi beynəlxalq aləmdə özünəməxsus yer alması son illərdə ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Azərbaycan regionun aparıcı dövlətinə çevrilib. Azərbaycan tarixdə ilk dəfə olaraq dünyanın bir nömrəli təşkilatına bir ay ərzində BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi ölkənin uğurları sırasındadır. Azərbaycanın artan nüfuzu, imici, imkanları, gücü bu və ya digər nailiyyətləri reallığa çevirib. Yaşadığımız 2012-ci ilin uğurlu, möhtəşəm hadisələrindən olan "Eurovision-2012" Mahnı Müsabiqəsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına imkan verdi.

Avropada deyil, bütün dünyanın mədəni hissəsinin diqqət mərkəzində olan bu mahnı yarışmasının belə yüksək səviyyədə keçirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi və Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci xanım Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində mümkün olmuşdur. Dünyanı bir məkana toplayan yarışmada 42 dövlət təmsilçi qismində, eləcə də, digər dövlətləri təmsil edən qonaq simasında gələnləri qarşılayan Azərbaycan böyük məsuliyyətlə, həvəslə milli dəyərlərimizi, dövlətin tarixini, mədəniyyətini təqdim etmək yolunda layihələri həyata keçirdi. Gündən-günə çiçəklənən ölkəmizin firavan həyatı ölkə nümayəndələrinin diqqətindən kənarda qalmadı. Dünya iqtisadiyyatının böhran içində yaşadığı zamanda ölkəmizin sürətli iqtisadiyyatı inkişafı ilə tanış ola bildilər. Azərbaycanda baş verən sıçrayışlar, xüsusilə də, müsabiqə ərəfəsi görülən işlər Azərbaycana qısqanclıqla yanaşan, onun inkişafını birmənalı qiymətləndirməyən dövlətlər tərəfindən müxtəlif rənglərdə qələmə verilsə də, reallıq istər-istəməz son anda etiraf edildi. Düşmən mövqedə dayananlar acizlikləri ilə baş-başa qalıb məğlubiyyətlərini qəbul etmək məcbriyyətində oldular. Hansısa qüvvələrin bunu boykot etmə cəhdləri yalnız və yalnız fantastika, utopiya oldu. Bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı düşmən qüvvələrin cəhdlərinin baş tutmadığını bildirib. Bu müsabiqəyə siyasi don geyindirməyə çalışan insanlar istəklərinə müvəfəəq ola bilmədilər. Prezident İlham Əliyev qeyd edib ki, bu vaxta qədər bu müsabiqə, sadəcə olaraq, mahnı yarışması idi, bunun heç bir siyasi tərəfi olmamışdı və ola da bilməz. Ancaq əfsuslar olsun ki, Azərbaycana gəldikdə, bunu siyasiləşdirmək istəyən qüvvələr tapıldı və Azərbaycana qarşı böyük və çirkin kampaniya başlamışdı: "Bakıda keçirilmiş "Eurovision" müsabiqəsi hesab edirəm ki, başqa şəhərlər üçün nümunə ola bilər. Ancaq bununla bərabər, biz gözlənilməz kampaniya ilə də üzləşdik. Bu, bizim üçün gözlənilməz idi. Çünki yenə də deyirəm, "Eurovision"un tarixində heç vaxt siyasi məqamlar olmamışdı. Burada anti-Azərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə getmişdir. İlk növbədə, erməni lobbisi və bu məsələ ilə bağlı mən əvvəllər də demişəm, bu gün də deyirəm, "Eurovision" müsabiqəsi bir daha mənim sözlərimi təsdiqləyir ki, bizim üçün, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün bir nömrəli düşmən dünya erməni lobbisidir".

Erməni qüvvələri Azərbaycanda beynəlxalq müsabiqənin keçirilməsinə böyük cəhdlə çalışsalar da, buna müvəffəq ola bilmədilər. Belə ki, gündəlik fəaliyyətdə Azərbaycanı ləkələmək, qaralamaq, şayiə, böhtan yaymaqla məşğul olurdular. İlham Əliyev çıxışında onu da vurğulayıb ki, erməni lobbisi, ondan sonra digər qurumlar, digər dairələr, Avropada islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Belə fikirlər səsləndi ki, müsəlman ölkəsində Avropa müsabiqəsi keçirilə bilməz. Cənab Prezident bunun çox məyusedici bəyanatlar olduğunu vurğulayıb. Belə qüvvələrin Qərb dünyasında, siyasi müstəvidə çəkisi çox aşağı səviyyədədir.

Prezident İlham Əliyev doqquz ay ərzində "Crystal Hall" kimi möhtəşəm idman-konsert sarayının tiktintisini dünya miqyasında rekord göstərici kimi dəyərləndirib. "Eurovision" Mahnı Müsabiqəsi çərçivəsində Azərbaycan bütün Avropaya mədəniyyətini və xalqını tanıtmaq, qonaqpərvərliyinin şahidi olmaq imkanını yaratdı. 57 illik tarixə malik "Eurovision" Mahnı Müsabiqəsi avropalıların ən sevimli televiziya şousu olmaqla yanaşı, həm də musiqi sahəsində ən genişmiqyaslı mahnı müsabiqəsi olaraq yadda qaldı.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər