PDF Oxu

Siyasət

  • 65

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur

Son illər ölkə Prezidenti İlham Əliyevin atdığı fundamental addımlar sayəsində, bütün sahələrə paralel olaraq, diqqət və qayğı göstərilərək, ölkədə ciddi irəliləyişlərə nail olunub. Ölkə başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində paytaxtda, eləcə də, bütün regionlarda ümummilli proqramlar reallaşdırılır, regionları əhatə edən abadlıq-quruculuq işlərinin miqyası getdikcə artır. Bu, onu deməyə əsas verir ki, tək paytaxt Bakı deyil, eyni zamanda, bütün bölgələrdə şərait yaxşılaşdırılır, yeni iş yerləri açılır və əhalinin firavan yaşaması istiqamətində ciddi işlər görülür. Əvvəllər bir çox yerlərdə problemlər olduğu üçün vətəndaşlar paytaxt Bakıya üz tuturdu. Lakin qısa müddətdə bütün regionlarda əlavə tədbirlər görüldü, yeni iş yerlərinin açılması nəticəsində mövcud problemlər aradan qaldırıldı. Ümumilikdə, son bir neçə ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərin davamlı və ardıcıl xarakter alması nəticəsində vətəndaşların sosial-rifah halının xeyli dərəcədə yaxşılaşması da bu praqmatik siyasətin məntiqi nəticəsidir. Bakının gündən-günə böyüməsi və paytaxda məskunlaşmanın getdikcə artması nəticəsində çatışmazlıqların aradan qaldırılması istiqamətində də ölkə başçısı xüsusi bir addım atdı. Bu gün də görülən işlər davam edir. İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda da paytaxtımızın son bir ildəki yüksək inkişaf dinamikasına nəzər salındı, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Dövlət Proqramının birinci ili çərçivəsində Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanışlıq da, bir daha göstərdi ki, nəzərdə tutulmuş işlərin əksəriyyəti yüksək səviyyədə yerinə yetirilmiş, sakinləri narahat edən problemlərin həlli istiqamətində ciddi işlər görülmüşdür. Müşavirədəki giriş nitqində ötən ilin may ayında qəbul olunmuş Dövlət Proqramının təsdiqindən sonra Bakı şəhərində və ətraf qəsəbələrdə işlərin sürətlə getdiyini diqqətə çatdıran Prezident İlham Əliyev 2013-cü ilin sonuna qədər paytaxtda və şəhərətrafı ərazilərdə əsas sosial-iqtisadi və infrastruktur məsələlərinin öz həllini tapacağına əmin olduğunu bildirmişdir.

Görülən işlər vətəndaşların ürəyincədir. Çünki işlər həyata keçirilərkən vətəndaşların da təklifi nəzərə alınmışdır. Ölkə başçısı İlham Əliyev tez-tez bölgələrə və Bakının ətraf qəsəbələrində olduğunu da qeyd edib və görülən işlərlə şəxsən maraqlandığını vurğulamışdır: "Deyə bilərəm ki, proqram hazırlanarkən, mən qəsəbələrdə dəfələrlə olmuşdum. Mən, ümumiyyətlə, mütəmadi qaydada həm bölgələrdə, həm Bakıda, Bakıətrafı qəsəbələrdə oluram, vəziyyətlə yerində tanış oluram. Amma o ərəfədə daha da sıx-sıx gedirdim. Çünki mən istəyirdim ki, bir daha vəziyyətlə yaxından tanış olum, insanların fikirlərini öyrənim və proqramın tərkibində olan maddələr, onların müəyyən hissəsi yerlərdən gələn təkliflər əsasında oraya salınıb. Çünki qəsəbədə yaşayan insanlar daha yaxşı bilirlər ki, onların problemləri nədən ibarətdir və bu problemlər necə həll olunmalıdır. Əlbəttə ki, biz də bunu bilirdik. Ancaq dəqiqləşdirmə aparmaq üçün mən o ərəfədə daha da sıx-sıx gedirdim. Proqramda, demək olar ki, yerlərdən gələn bütün təkliflər öz əksini tapmışdır". Proqrama əsasən, 2011-ci ildə Bakı şəhəri və ətraf qəsəbələrdə 55 məktəbdə tam əsaslı təmir işləri aparılmış, yeni məktəb korpuslarının və yeni sinif otaqlarının tikintisi başa çatdırılmışdır. Bundan əlavə, 51 uşaq bağçası-körpələr evində də tam əsaslı təmir və bərpa işləri aparılmış, uçulub dağılmaq təhlükəsi olan bəzi obyektlər isə sökülərək, yenidən inşa olunmuşdur. Bundan başqa, dövlət başçısı müşavirədə Bakıdakı uşaq bağçalarının mövcud vəziyyətindən danışarkən, bu sahədə ciddi işlərin görülməsinin vacibliyini önə çəkmiş, zəruri hallarda yeni uşaq təlim-tərbiyə müəssisələrinin tikiləcəyini qeyd etmişdir. Eyni zamanda, 2012-ci il üçün 81 məktəbin əsaslı təmiri, yenidən qurulması, əlavə korpusların və yeni sinif otaqlarının inşa edilməsi prosesinə başlanılmışdır. Bu il, həmçinin, 61 uşaq bağçası-körpələr evində əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu sosial obyektlərin vaxtında təhvil verilməsi məqsədilə işlər xeyli sürətləndirilmişdir. Gələn il isə Dövlət Proqramı çərçivəsində 63 məktəb və 43 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur. Daha sonra müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirmişdir ki, 2011-ci il üçün nəzərdə tutulmuş proqrama uyğun olaraq Bakı şəhərinin 11 rayonunun 27 qəsəbəsi üzrə yollara 1 milyon 587 min kvadratmetr və ya 267 kilometrlik hissəyə asfalt örtüyü çəkilmişdir. Həmçinin, kənd və qəsəbələrdə 5250 işıq dirəyi quraşdırılmışdır. Ümumilikdə, ötən il Proqramın icrası nəticəsində 18 minə yaxın şəxs işlə təmin olunmuşdur. 2012-ci ildə də nəzərdə tutulan işlərin görülməsinə 21 minə yaxın işçi qüvvəsi cəlb edilmişdir. Gələn ildən isə bu rəqəmin iki dəfədən çox artacağı gözlənilir.


Babək Hacıyev

Digər xəbərlər