PDF Oxu

Siyasət

  • 57

Regionların inkişafı: uğurlar, perespektivlər

Regionların inkişafı: uğurlar, perespektivlər

İlham Əliyev: "Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir"

Ölkəmizin sosial-iqtisadi inkişafı getdikcə daha böyük və sürətli vüsət almaqdadır. Son səkkiz ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artaraq, ölkənin ümumi valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Azərbaycanda baş verən iqtisadi artım genişmiqyaslı islahatlar, mühüm dövlət proqramlarının reallaşdırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunubdur.

Dövlət proqramlarından doğan real uğurlar

Respublikamızın son səkkiz ildəki sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də, ölkə regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Ölkənin davamlı və tarazlı inkişafına yönəldilmiş Dövlət Proqramlarının icrasına başlanılması ilə Azərbaycanda regional inkişafın təməli qoyuldu, bölgələrdə iqtisadi fəallıq xeyli dərəcədə canlandı, insanlarda təşəbbüskarlıq hissi gücləndi. Son illər ölkəmizdə sosial-iqtisadi tərəqqini təmin edən əsas amillərdən biri də regionların davamlı inkişafına nail olunmasıdır. Bu sahədə həyata keçirilən sistemli tədbirlər, qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası Azərbaycanın beynəlxalq aləmdəki əlaqələrini getdikcə möhkəmləndirdi, nüfuzunu daha da artırdı. Dövlət Proqramlarında başlıca hədəflər regionların iqtisadi potensilını hərəkətə gətirmək, eləcə də, əhalinin həyat səviyyəsini yüksəltməkdən ibarət idi. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası, həmçinin, nəzərdə tutulmuş iri infrastruktur layihələrin reallaşdırılması nəticəsində Azərbaycanın büdcə xərcləri 20 milyard dollara çatıb. Bu da nəzərdə tutulmuş digər zəruri infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanların yaranmasında çox böyük rol oynayır. Regionlarda, o cümlədən, regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin ilk yarısında 38 min yeni iş yeri açılıb. Son illər ərzində isə 1 milyona qədər yeni iş yerləri açılıb. Bütün bunlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurlu icrasının nəticəsidir.

Regionlara edilən ardıcıl səfərlər

Dövlət başçısı İlham Əliyevin regionlara səfərləri zamanı regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcəyini çıxışlarında vurğulayaraq demişdir: "Ölkəmiz hətərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir".

Beləliklə də, dövlət başçısının bölgələrə səfərləri bir daha göstərir ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirləri görür. Eyni zamanda, ardıcıl səfərlər nəzərdə tutulan planların reallaşmasına təkan verir. Bu isə, son nəticədə, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına, iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır...

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər