PDF Oxu

Siyasət

  • 49

Yeni otellər və Azərbaycan standartı

Yeni otellər və Azərbaycan standartı

Prezident İlham Əliyev: "Azərbaycan İpək yolunun üstündə, Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşir..."

Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakının mərkəzi yerlərindən biri olan "Azneft" meydanı yaxınlığında beşulduzlu "Four Seasons" otelinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Bu otel və ümumiyyətlə son iki ildə Azərbaycanda açılan yeni otellər yalnız xidmət baxımından deyil, eyni zamanda, memarlıq baxımından da Azərbaycan mədəniyyəti fonunda yüksək zövqlə tikilən otellərdir.

Məhz bu mövzuya Cənab Prezident beşulduzlu "Four Seasons" otelinin açılışında öz nitqində bu məsələyə toxunmuşdur: " Son bir il, ya bir ilyarım ərzində "Kempinski", "Hilton", "Sheraton", "Marriott", "Jumeirah" və nəhayət, "Four Seasons" otellərinin açılması, növbəti aylarda "Fairmont" otelinin açılışı Azərbaycanın nəinki turizm potensialını, ümumiyyətlə, potensialını göstərir. Çünki mən başqa belə bir şəhər tanımıram ki, qısa müddət ərzində dünyanın aparıcı otelləri burada öz otellərini açsınlar. Bu, Azərbaycana olan inamın təzahürüdür. İnvestorların Azərbaycanın bu gününə, gələcəyinə olan inamının təzahürüdür".

Ümumiyyətlə, Cənab Prezidentın yeni açılan otellər və yeni istifadəyə verilən xidmət mərkəzləri ilə bağlı çıxışlarında Azərbaycanda aparılan islahatlarla bağlı yüksək analitik qabiliyyətlə ifadə etdiyi fikirlər incəsənət, mədəniyyətlərarasi dialoq, və s. aspektlərdən çox əhəmiyyətli düşüncələrdir. Məsələn, Cənab Prezidentin beşulduzlu "Four Seasons" otelinin açılışında söylədiyi fikirlər memarlıq və incəsənət fəlsəfəsi baxımındam son dərəcə aktuallıq kəsb edir: "Otel bir sənət, memarlıq əsəridir. Daxili dizayn zövq oxşayır. Burada hər şey böyük zövqlə, böyük məhəbbətlə təşkil edilibdir. Otaqlar çox rahatdır. Geniş iclas yerləri, istirahət zonaları, restoranlar, barlar, yəni bir sözlə, burada olan səviyyə artıq özü bir səviyyəni müəyyən edir. Biz bir çox hallarda Azərbaycanda gedən quruculuq işlərinə Avropa, yaxud da ki, dünya standartları anlayışı ilə yanaşırıq. Amma hazırda Azərbaycanda yaradılan binalar, əsərlər artıq Azərbaycan standartlarını da formalaşdırır. "Four Seasons Baku" oteli dünya standartları, Azərbaycan standartları səviyyəsindədir. Mən buna çox sevinirəm".

Cənab Prezidentin bu qiymətləndirməsi Azərbaycanın coğrafi, geosiyasi və mədəni mövqeyi ilə üst-stə düşür. Belə ki, haqlı olaraq qeyd edildiyi kimi, artıq otellərin tikintisində şərqlə qərbin sintezindən istifadə edilərək, Azərbaycan standartları yaradılmaqdadır. Təsadüfi deyidir ki tikilən bütün otellərdəki salonlara və xidmət mərkəzlərinə tarixi adlar verilməkdədir. Məsələn, "Four Seasons" otelinin bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adı verilmişdir. Burada "Segah" adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılmışdır. Bu zalda xüsusi mərasimlər və digər əlamətdar tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün həcmcə daha kiçik bir zal - 390 nəfərlik "Rast" zalı da istifadəyə verilmişdir. Otelin "Şur", "Çahargah", "Bayatı-Şiraz", "Hümayun", "Şüştər" otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır.

Uğurlu siyasi kursun nəticələri

Yeni otellərin tikintisində və daxili dizaynında həyata keçirilən bu adlandırmalar və tarixi memarlığın qorunub saxlanılması mədəniyyətimizin inkişaf etdirilməsində məqsədyönlü siyasətin uğurlu və bariz nümunəsidir. Məhz Cənab Prezident İlham Əliyevin çoxşaxəli siyasi kursunu təhlil etdiyimizdə əldə etdiyimiz əsas nəticələrdən biri də Azərbaycanın coğrafi, geopolitik və mədəni cəhətdən Şərqlə Qərb dəyərlərinin sintezinin bütün sahələrdə tətbiq olunmasını görmək mümkündür. Məhz bu Cənab Prezidentin də ifadə etdiyi kimi, bütün sahələrdə "Azərbaycan Standartlarını" formalaşdırır. Yeni otellərin tikintisi və ümumiyyətlə, Azərbaycanda həyata keçirilən iqtisadi-sosial və mədəni islahatlar qlobal arenada Azərbaycanın daha da güclənməsinə və söz sahibi olması ilə nəticələnəcəkdir. Belə ki, Cənab Prezident bu sahədə aparılan islahatları və tarixi prosesi də nəzərə alaraq bu sahədə aparılan işləri yüksək səviyyədə bu şəkildə təhlil etməkdədir: "Bu, özlüyündə gözəl bir göstəricidir. Bir il ərzində bir şəhərdə beşulduzlu altı otelin, özü də ən məşhur otellər şəbəkəsinə mənsub olan otellərin fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan sürətlə inkişaf edir, ölkəmizdə xidmət sektoru inkişaf edir. Əvvəlki dövrdə - 10-15 il bundan əvvəl investorları Azərbaycanda cəlb edən sahələr enerji sektoru ilə məhdudlaşırdı. Bu da, yəqin ki, təbii idi. Çünki o vaxt Azərbaycanda infrastruktur, şəhər nəqliyyatı lazımi səviyyədə deyildi, ümumiyyətlə, müstəqil ölkəmizin inkişafı birinci mərhələdə idi. Ancaq bu gün, ölkəmizin indiki dövründə xidmət sektoruna qoyulan sərmayə xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, növbəti illərdə bu işlər bütün istiqamətlərdə daha da sürətlə aparılacaqdır".

Bütün bu ifadələr və həyata keçirilən islahatlar Azərbaycandakı real islahatların həyatın bütün sahələrini əhatə etdiyini göstərməkdədir. Məhz məqsədyönlü siyasət nəticəsində yeni açılan otellər və xidmət mərkəzləri sayəsində Azərbaycan gündən günə inkişaf etməkdə və həqiqətən də, bütün sahələrdə şərqlə qərbin sintezini reallaşdıraraq "Azərbaycan Standartlarının" formalaşdırlılmasına öz töhfəsini verməkdədir.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər