PDF Oxu

Siyasət

  • 55

Yeni Azərbaycan Partiyası bir daha real gücünü sərgilədi

Ölkənin aparıcı müxalifət partiyalarının YAP-ın hazırladığı əhəmiyyətli sənədə imza atmaları bu amilin məntiqi göstəricisidir

Yeni Azərbaycan Partiyası bir daha real gücünü sərgilədi

Yeni Azərbaycan Partiyasının mərkəzi ofisində müxalifət düşərgəsini təmsil edən siyasi partiyaların iştirakı ilə Avropa Parlamentinin 13 sentyabr 2012-ci ildə qəbul etdiyi "Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi" adlı sənədin müzakirəsi bir daha sübut etdi ki, YAP real təşəbbüslərlə və səmərəli fəaliyyəti ilə daim ölkənin taleyüklü məsələlərində aparıcılıq, öncüllük funksiyasına malik olan güclü siyasi təşkilatdır.

YAP, mütəmadi olaraq, dialoq tərəfdarı kimi, hətta müxalifət bundan yayınmağa səy göstərsə belə, tərəf kimi çıxış etmiş, hakimiyyətin müxalifətə tərəf demokratik tərzdə baxışını təcəssüm etdirmişdir

Belə ki, apardığımız təhlillər də bu mühümlüyü təsdiq edən faktorları kifayət qədər təsdiq edir. Xatırladaq ki, hələ 2009-cü ildə ümummilli məsələlər ətrafında aparılan müzakirələrdə də bilavasitə YAP-ın təşəbbüsü xüsusi rol oynamışdı. Həmin vaxt iqtidar və müxalifət partiyaları YAP-ın mərkəzi qərargahında Qarabağ mövzusunda birgə bəyanat imzalamışdılar. Və təbii ki, göstərilən belə təşəbbüslərin məntiqi nəticəsi hər zaman uğurlu olmuşdur. Çünki məhz məlum sənədin imzalanmamışdan öncə, müxalifət partiyaları iqtidar-müxalifət dialoqunun alınmamasında nədənsə hakim partiyanı günahlandırmağa cəhd göstəriblər. Ancaq daha bir fakta söykənərək vurğulamaq mümkündür ki, YAP mütəmadi olaraq, dialoq tərəfdarı kimi, hətta müxalifət bundan yayınmağa səy göstərsə belə, tərəf kimi çıxış etmiş, hakimiyyətin müxalifətə qarşı demokratik tərzdə baxışını təcəssüm etdirmişdir. Yəni dialoqlar bu və ya digər şəkildə baş tutmuşdur.

Əli Əhmədovun bu ərəfələrdə dialoqla bağlı verdiyi açıqlaması da mühümlüyü ilə seçilir: "Azərbaycanda siyasi müxalifət ilə iqtidar arasında dialoq mütəmadi olaraq davam etdirilir. Onu da deyim ki, mən dialoqu bir stolun ətrafında oturub deyişmə kimi başa düşmürəm".

Yaranmış mövcud mühit münbitliyi səmərəli nəticə verə bilər ki, burada da müxalifət iqtidardan bəhrələnərək, qarşılıqlı addım atmağı bacarmalıdır

O, bu cür dialoqun formatına misal olaraq deyib ki, KİV və digər sivil imkanlar hesabına dialoq aparmaq da mümkündür. İcra katibi YAP-ın daim ictimai maraq doğuran bütün məsələlər ətrafında müxalifət partiyaları ilə müzakirələr aparmağa hazır olduğunu söyləyib. Yəni bu kimi vacib müzakirələrin özü birbaşa hakimiyyət-müxalifət dialoqudur və ümummilli məsələlərlə yanaşı, digər məsələlərdə də müxalifətin anlamlı davranması çox vacibdir. Çünki yaranmış mövcud mühit münbitliyi səmərəli nəticə verə bilər ki, burada da müxalifət iqtidardan bəhrələnərək, qarşılıqlı addım atmağı bacarmalıdır.

Avropa Parlamentinin sentyabrın 13-də Azərbaycan zabiti Ramil Səfərovun azad olunmasına dair qəbul etdiyi qətnamə ilə bağlı keçirilmiş toplantı da bu kontekstdəndir. Belə ki, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov mövzu ilə əlaqədar müxalifət təmsilçilərinin də qatıldıqları təşəbbüsə müsbət cavab vermələrini qiymətləndirərkən bildirib ki, bu məsələ əqidəsindən və baxışlarından asılı olmayaraq, eyni milli maraqlar ətrafında toplaşmaq istəyən hər bir vətəndaşın və ya siyasi və ictimai təşkilatların münasibət bildirməli olduğu problemdir və bu toplantı ölkəmizdə milli maraqlar uğrunda mübarizə aparmağa hazır olan siyasi təşkilatların iradəsini, istəyini və qətiyyətini ifadə edir: "Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən Azərbaycan zabiti Ramil Səfərovun əfv olunması cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan cəmiyyəti dövlət başçısının qərarını birmənalı şəkildə dəstəkləyib və bu dəstəyin mahiyyətinin arxasında dayanan reallıq var".

Ədalətsizliklərə qarşı birgə çıxş etməyin vacibliyi

Avropa Parlamentinin məlum qərəzli sənədi qəbul etməklə obyektivliyini qoruya bilməməsinin müxalifət partiyaları tərəfindən də qeyd edilməsi, təbii ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təşəbbüsdən sonra daha geniş vüsət aldı. Müxalif partiyaların YAP-ın müraciətinə birmənalı dəstək göstərmələri, ona imza atmalarının vacibliyi qarşı tərəfin dialoqa meyilliliyini təsdiqlədi. Çünki burada təkcə Ramil Səfərov məsələsi deyil, eləcə də, həmin məsələnin əmələ gəlməsində əsas səbəb olan Qarabağ problemi dayanıb. Bunu məlum toplantıda Əli Əhmədov da vurğulayıb: "Azərbaycanla Ermənistan arasında gərginliyin yeganə səbəbi məlum münaqişə və Azərbaycan torpaqlarının 20 ildən artıq işğal altında olmasıdır. Avropa Parlamentinin yaşadığımız bölgədə gərginliyin artmasından narahatlıq keçirməsi özlüyündə təqdirəlayiq sayılmalıdır. Lakin onların narahatlıq keçirmələri səmimi olsaydı, 20 il ərzində münaqişənin aradan qaldırılması üçün təsirli addımlar atardılar. Ermənistanın təcavüzünü aradan qaldırılması yönündə real bir iş görmədən gərginliyin artmasından narahatlıq ifadə etmək qeyri-səmimilikdir".

Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bu əhəmiyyətli təklif toplantıda iştirak edən bütün siyasi partiyaların nümayəndələri tərəfindən dəstəklənib və siyasi təşkilat nümayəndələri sözügedən müraciətlə əlaqadar öz fikirlərini açıqlayıblar. Eyni zamanda, müxalifət partiyalarının da irəi sürdükləri təkliflər nəzərə alınıb. Bu baxımdan, digər siyasi təşkilatlarla yanaşı həmin müraciətə Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, "Vətəndaş və İnkişaf Partiyası"nın, Azərbaycan Liberal Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının, Ədalət Partiyasının da imza atmaları xüsusi önəm daşıyır. Bu faktor həm də Yeni Azərbaycan Partiyasının yürütdüyü uğurlu daxili-xarici siyasətinin müxalifət partiyaları tərəfindən dəstəklənməsi deməkdir.

"Səs" analitik qrupu

Digər xəbərlər