PDF Oxu

Siyasət

  • 51

Prezident İlham Əliyev Fransaya işgüzar səfərə gedib

Prezident İlham Əliyev Fransaya işgüzar səfərə gedib

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasına işgüzar səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Daha sonra Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə "GDF-Suez" şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüşü olub. Görüşdə Azərbaycan ilə "GDF-Suez" şirkəti arasındakı əlaqələrin perspektivləri, "Abşeron" qaz yatağı üzrə əməkdaşlıq, həmçinin Azərbaycanda əhalinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev sentyabrın 17-də Parisdə "Tecnip" şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril ilə görüşüb. Görüşdə "Tecnip" şirkətinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, bu şirkətin "Şahdəniz-1" yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu qeyd olundu. Həmçinin gələcəkdə Azərbaycan ilə "Tecnip" arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı fikir mübadiləsi aparıldı. Dünən, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Parisdə "Total" şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşüb.

Görüşdə Azərbaycan ilə "Total" şirkəti arasında "Abşeron" və "Şahdəniz" yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlıq, eləcə də əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Digər xəbərlər