PDF Oxu

Siyasət

  • 54

Yeni Azərbaycan Partiyası ölkənin avanqard qüvvəsi olduğunu bir daha isbatladı

Yeni Azərbaycan Partiyası ölkənin avanqard qüvvəsi olduğunu bir daha isbatladı

Əli Əhmədov: "Azərbaycan cəmiyyəti dövlət başçısının qərarını birmənalı şəkildə dəstəkləyib və bu dəstəyin mahiyyətinin arxasında dayanan reallıq var"

Avropa Parlamentinin 13 sentyabr 2012-ci il tarixində qəbul etdiyi "Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi" adlı sənəddə yer alan müddəalar Yeni Azərbaycan Partiyası və Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıq və təəssüflə qarşılanıb. Bu səbəbdən də, ötən həftə Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin 13 sentyabr 2012-ci il tarixində qəbul etdiyi "Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi" adlı sənədlə bağlı bu quruma müraciət ünvanladı.

Ölkənin müxalifət partiyaları ilə keçirildiyi toplantı Azərbaycanda milli maraqlar uğrunda mübarizə aparmağa hazır olan siyasi təşkilatların iradəsini, istəyini və qətiyyətini ifadə edir

YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun sözügedən məsələyə münasibət bildirməsi də öz əhəmiyyəti və vacibliyi ilə önəm daşıyır. Bu məsələnin əqidəsindən və baxışlarından asılı olmayaraq eyni milli maraqlar ətrafında toplaşmaq istəyən hər bir vətəndaşın və ya siyasi və ictimai təşkilatların münasibət bildirməli olduğu problem olduğunu qeyd edən Əli Əhmədov onu da vurğulayıb ki, ölkənin müxalifət partiyaları ilə keçirildiyi toplantı Azərbaycanda milli maraqlar uğrunda mübarizə aparmağa hazır olan siyasi təşkilatların iradəsini, istəyini və qətiyyətini ifadə edir: "Prezident İlham Əliyev tərəfindən Azərbaycan zabiti Ramil Səfərovun əfv olunması cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan cəmiyyəti dövlət başçısının qərarını birmənalı şəkildə dəstəkləyib və bu dəstəyin mahiyyətinin arxasında dayanan reallıq var. Çünki zabitimizin əfvi haqqında dövlət başçısının Sərəncamı bütövlükdə 9 ilə yaxın davam edən böyük bir ədalətsizliyin aradan qaldırılması məqsədi daşıyıb".

Əlbəttə ki, bu fakt özlüyündə həm də bir növ müxalifətlə iqtidarın dialoqu kimi də dəyərləndirilə bilər

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bu əhəmiyyətli təklif toplantıda iştirak edən bütün siyasi partiyaların nümayəndələri tərəfindən dəstəklənib və siyasi təşkilat nümayəndələri sözügedən müraciətlə əlaqədar öz fikirlərini açıqlayıblar. YAP rəsmisi bu cür dialoqun formatına misal olaraq deyib ki, KİV və digər sivil imkanlar hesabına dialoq aparmaq da mümkündür. İcra katibi YAP-ın daim ictimai maraq doğuran bütün məsələlər ətrafında müxalifət partiyaları ilə müzakirələr aparmağa hazır olduğunu söyləyib. Yəni bu kimi vacib müzakirələrin özü birbaşa hakimiyyət-müxalifət dialoqudur və ümummilli məsələlərlə yanaşı, digər məsələlərdə də müxalifətin anlamlı davranması çox vacibdir. Çünki yaranmış mövcud mühit münbitliyi səmərəli nəticə verə bilər ki, burada da müxalifət iqtidardan bəhrələnərək, qarşılıqlı addım atmağı bacarmalıdır.

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası ölkənin siyasi palitrasının avanqard qüvvəsi olduğunu bir daha isbatladı. Azərbaycanın hakim partiyasının irəli sürdüyü təklif siyasi partiyalar tərəfindən dəstəkləndi. Əlbəttə ki, bu fakt özülüyündə həm də bir növ müxalifətlə iqtidarın dialoqu kimi də dəyərləndirilə bilər. Bu mənada da, müxalifətin tez-tez dialoq məsələsindən siyasi manipulyasiya kimi istifadə etməsi bəhanəsi əlindən alındı. Düşünürük ki, YAP bundan sonra ölkənin aparıcı siyasi qüvvəsi olaraq, ümumi maraqlar ehtiva məsələlər ətrafında ictimai dialoqu təmin edəcək, cəmiyyəti vahid məqsəd ətrafında birləşdirəcək.

Burada təkcə Ramil Səfərov məsələsi deyil, eləcə də, həmin məsələnin əmələ gəlməsində əsas səbəb olan Qarabağ problemi dayanıb

Avropa Parlamentinin məlum qərəzli sənədi qəbul etməklə obyektivliyini qoruya bilməməsinin müxalifət partiyaları tərəfindən də qeyd edilməsi, təbii ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təşəbbüsdən sonra daha geniş vüsət aldı. Müxalif partiyaların YAP-ın müraciətinə birmənalı dəstək göstərmələri, ona imza atmalarının vacibliyi qarşı tərəfin dialoqa meyilliliyini təsdiqlədi. Çünki burada təkcə Ramil Səfərov məsələsi deyil, eləcə də, həmin məsələnin əmələ gəlməsində əsas səbəb olan Qarabağ problemi dayanıb. Bunu məlum toplantıda Əli Əhmədov da vurğulayıb: "Azərbaycanla Ermənistan arasında gərginliyin yeganə səbəbi məlum münaqişə və Azərbaycan torpaqlarının 20 ildən artıq işğal altında olmasıdır. Avropa Parlamentinin yaşadığımız bölgədə gərginliyin artmasından narahatlıq keçirməsi özlüyündə təqdirəlayiq sayılmalıdır. Lakin onların narahatlıq keçirmələri səmimi olsaydı, 20 il ərzində münaqişənin aradan qaldırılması üçün təsirli addımlar atardılar. Ermənistanın təcavüzünü aradan qaldırılması yönündə real bir iş görmədən gərginliyin artmasından narahatlıq ifadə etmək qeyri-səmimilikdir".

Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bu əhəmiyyətli təklif toplantıda iştirak edən bütün siyasi partiyaların nümayəndələri tərəfindən dəstəklənib və siyasi təşkilat nümayəndələri sözügedən müraciətlə əlaqədar öz fikirlərini açıqlayıblar. Eyni zamanda, müxalifət partiyalarının da irəli sürdükləri təkliflər nəzərə alınıb. Bu baxımdan, digər siyasi təşkilatlarla yanaşı həmin müraciətə Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, "Vətəndaş və İnkişaf Partiyası"nın, Azərbaycan Liberal Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının, Ədalət Partiyasının da imza atmaları xüsusi önəm daşıyır. Bu faktor həm də Yeni Azərbaycan Partiyasının yürütdüyü uğurlu daxili-xarici siyasətinin müxalifət partiyaları tərəfindən dəstəklənməsi deməkdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər