PDF Oxu

Siyasət

  • 28

Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir Prezident İlham Əliyev Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayevanı qəbul edib

Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir Prezident İlham Əliyev Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayevanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayevanı qəbul edib. Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edildi.

Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan xanım Roza Otunbayeva Bakıda, Gəncədə və respublikamızın digər regionlarında böyük infrastruktur layihələrinin həyata keçirilməsinin şahidi olduğunu dedi, ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurların onda dərin təəssürat yaratdığını qeyd etdi.

Digər xəbərlər