PDF Oxu

Siyasət

  • 38

Azərbaycan regionda humanitarizm platformasının yaradıcısı kimi

Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən respublikamız sosial-mədəni-humanitar sahələrdə dünyaya açılan məkandır

Azərbaycan regionda humanitarizm platformasının yaradıcısı kimi

Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Regionda sabimtliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan, dialoqdan çox asılıdır. Çünki humanitarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir.

Humanitar çağırışların yeni müstəvisində bütün dünya ölkələrini birləşdirməyə nail olan Azərbaycan regionun və bütövlükdə, dünyanın böyük dövlətlərlə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirməkdədir. Azərbaycan Respublikası və tərəfdaş dövlətlərlə, respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır. Bakıda keçirilən Beynəlxalq Humantiar Forumlar da da məhz bu siyasi-humanitar platformanın təzahürüdür. II Beynəlxalq Humanitar Forum da xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirmək, möhkəmləndirən amil kimi dəyərləndirilə bilər. Forumun qarşıya qoyduğu trendlər, strateji proritetlər də məlumdur. Elm, təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan yeniliklərin Azərbaycanda təbliği, yayılması və tətbiqini, digər tərəfdən Azərbaycanın mövcud sahələr üzrə inkişafını stimullaşdırmaq, qazandığımız nailiyyətləri nümayiş etdirmək və bu sahələrin işini bir az da həvəsləndirmək. Eyni zamanda, bu qlobal miqyaslı tədbir dövlətlər arasında sıx əməkdaşlıq şəbəkəsinin möhkəmlənməsinə, humanitar sivilizasiyalararası inteqrasiyanın yeni modullarının müəyyənləşməsinə nail olmaq, bərabərhüquqlu humanitar meyarlardan istifadəni stimullaşdırmaqdır.

Bu gün Azərbaycanın bütün qitə ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri var. Respublikamız müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən sarsılmaz dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkə kimi formalaşıb. Müxtəlif qitələrin kəsişməsində yerləşən Azərbaycan həm də müxtəlif mədəniyyətlərin mövcud olduğu və qovuşduğu müqəddəs bir torpaqdır. Həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi, üstəlik, formalaşmış və əsrlərin sınağından çıxmış ənənələri baxımından respublikamız dünya mədəniyyətlərini bir araya toplamaq haqqını qazanıb. Ona görə də, mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirəndə bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin Azərbaycanda reallaşdırıldığı təsadüfi olmadığını görmək olar. Yəni, Azərbaycan bir dostluq atmosferası yaratmaqla hamını öz evində humanitar birgəliyə dəvət edir. Hər bir ölkə üçün xeyirxah olduğunu nümayiş etdirir. Həmçinin, dünyanın inkişaf etmiş ölkələrinin rəhbərlərinin Bakıda bir araya gəlməsi və qlobal maliyyə böhranı ilə bağlı qabaqlayıcı sərt tədbirlərin həyata keçirilməsi barədə öz təkliflərini irəli sürməsi, dünya iqtisadiyyatını canlandırmaq barədə paket tədbirlər sssenarisinin ortaya qoyulması Bakının ən qlobal məsələlərin həll olunduğu ünvana çevrildiyini şərtləndirdi.

Artıq neçə illərdir ki, Bakıda çox müxtəlif məsələlər, siyasi müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr, debatlar, forumlar təşkil olunur. Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olub. Ölkəmizdə belə tədbirlərin keçirilməsi, müxtəlif millətlərin, mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsi, birlikdə işləməsi, müzakirələrin, debatların keçirilməsi bizim üçün çox təbii bir haldır. Ölkəmiz həmişə öz işi ilə multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük verir və bunun gücləndirilməsinə çalışır. Çünki qloballaşan bugünkü dünyada başqa bir yol, başqa bir alternativ yoxdur. Ona görə də müxtəlif etnik mənşəyə mənsub olan, müxtəlif mədəniyyətləri təmsil edən insanların əsrlər boyu burada birlikdə yaşaması Azərbaycan üçün təbii bir hal olub.

Dünyada birgə əməkdahlıq mühitini yeni kreativ üsullarla zənginləşdirmək, tərəfdaş ölkələri bir-birinə daha da yaxınlaşdarmaq, mövcud olan problemləri qısa bir zamanda ümumi səylərin gücləndirilməsi ilə aradan qaldırmaq, dünyada yenilikləri qlobal səviyyədə modernləşdirmək II Beynəlxalq Humanitar Forumunun missiyasıdır, ana fəaliyyət konseptidir. Azərbaycana ayaq basan hər bir insan ölkəmizin, əsasən də, paytaxtın simasının ildən-ilə dəyişdiyinin, Bakının ən yaraşıqlı şəhərə çevrildiyinin şahidi olur. Bakı şəhərinə gələn əcnəbi vətəndaşlarla bərabər, xaricdə yaşayan soydaşlarımız da hər dəfə paytaxtın giriş qapısına ayaq qoyanda yeni dəyişiklikləri, bir neçə ay əvvəllə müqayisədə Bakının daha da müasirləşdiyini görürlər.

Həqiqətən, bu gün ölkəmizin hər bir bölgəsi başdan-başa gözəlləşir, yaşıllıqlara bürünmüş ətraf ərazilər füsunkar gözəlliyi ilə insana zövq verir. Azərbaycana ayaq basan hər bir insan ölkəmizin, əsasən də, paytaxtın simasının ildən-ilə dəyişdiyinin, Bakının ən yaraşıqlı şəhərə çevrildiyinin şahidi olur. Bakı şəhərinə gələn əcnəbi vətəndaşlarla bərabər, xaricdə yaşayan soydaşlarımız da hər dəfə paytaxtın giriş qapısına ayaq qoyanda yeni dəyişiklikləri, bir neçə ay əvvəllə müqayisədə Bakının daha da müasirləşdiyini görürlər.

Xaricdən ölkəmizə təşrif buyuran qonaqlar, eləcə də, soydaşlarımız Bakının bu qədər sürətlə inkişaf etməsindən heyranlıqlarını gizlədə bilmirdilər. Onlar Azərbaycan paytaxtının simasının dəyişərək müasir sivilizasiya mərkəzinə çevrildiyini bildiriblər. Ən müasir infrastruktur obyektləri, xüsusilə də, öz əzəmətli görünüşü ilə şəhərə yaraşıq verən Dövlət Bayrağı Meydanı onlarda xoş hisslər oyadıb. Bir sözlə, Azərbaycan paytaxtının siması az qala hər gün dəyişir - gözəlləşir, müasirləşir. Köhnə binalar, obyektlər bərpa olunur, yeniləri tikilir, paytaxt sürətlə inkişaf edir.Paytaxtın küçə və prospektlərində, park və xiyabanlarında davam etdirilən yenidənqurma və abadlıq işlərini gücləndirmək məqsədi ilə davamlı olaraq böyük həcmdə maliyyə vəsaiti ayrılır. Bu gün paytaxtımızda ən orijinal tikinti layihələri həyata keçirilir, sosial infrastruktur obyektləri yaradılır, zövqoxşayan istirahət kompleksləri istifadəyə verilir. Bakının bütün prospekt və küçələrinin kənarında və ətrafındakı binaların, park və mədəniyyət ocaqlarının müasir, zövq oxşayan forma və üslubda bərpası, yenidən qurulması işləri davam etdirilərkən həm milli ornamentlər və arxitektura normaları, həm də şəhərsalmanın ən modern üslubları tətbiq olunur. Binaların fasadı üzlük daşlarla üzlənir, pəncərələr yenilənir, eyvanlar milli ornamentə uyğun quraşdırılır.

Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə layiqincə qiymətləndirilir. Azərbaycan regionda xüsusi əhəmiyyət kəsb edən bir oyunçuya çevrilir. Həm sosial, həm mədəni, həm də humanitar sahələrdə dünyaya daha çox açılır.

Azərbaycanın qlobal forumların keçirilməsindəki böyük təcrübəsi həm də digər ölkələr tərəfindən diqqətlə izlənilir və onlar respublikamızın humanitar xeyirxahlıq missiyasının bəşəriyyətə verdiyi töhfəni xüsusi qeyd edirlər. Dünyada elm, mədəniyyət və incəsənətin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün belə məkanlar olduqca azdır. Humanitar, siyasi forumlar var, lakin Bakıda təqdim edilən layihələr, irəli sürülən təşəbbüslər, həyata keçirilən tədbirlər özünəməxsusluğu ilə fərqlənir. Bakıdakı keçirilən humanitar forumlar fundamental elmlə mədəni dəyərlərin vəhdətini özündə sıx birləşdirir, dünyaya təqdim edir, dünyanı yeni qlobal innovasiyalar üzərində düşünməyə vadar edir. Müxtəlif humanitar aspektlərin belə birləşməsi ilk dəfə təşkil edilib və Nobel laureatlarının, görkəmli mədəniyyət xadimlərinin və siyasətçilərin iştirak etdikləri belə qlobalmiqyaslı tədbirlərin təşkili artıq ənənə halı almaqla, daha əlverişli məkana çevrilən Azərbaycanda baş verməklə dünyada bir humanitarizm platformasını, yeni yaxınlaşma fəlsəfəsini də ehtiva edir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər