PDF Oxu

Siyasət

  • 59

Cənab Prezident İlham Əliyev: "Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir"

Cənab Prezident İlham Əliyev: "Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir"

Məlum olduğu kimi, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədirliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Bu iclas, xüsusilə, Cənab Prezidentin iclasdakı nitqi bir çox aspektdən əhəmiyyətli olmaqla bərabər təhlil olunmalıdır. Cənab Prezidentin nitqində önə çıxan ən önəmli məqamlardan biri iqtisadi göstəricilərin və siyasi uğurlarımızın siyasi etika rakursundan qiymətləndirilməsidir. Məhz Möhtərəm Prezidentin iclas boyu söylədiyi fikirlər iqtisadi və siyasi etika cəhətindən cəmiyyətimiz üçün funksional rola malik düşüncələrdir.

İlkin olaraq ifadə edim ki, fəlsəfənin bir sahəsi olan etika "necə yaşamalıyam, yaxşı-pis nədir" kimi suallara cavablar axtarır. Fəlsəfənin ümumi baxış çərçivəsində bu suallar bütün insani fəaliyyət sahələrini , o cümlədən, siyasət sahəsini də əhatə edir. Bu mənada, fərdin də daxil olduğu ictimai fəaliyyətlərdə meydana gələn siyasət etika ilə iç-içədir. Bu kontekstdə qeyd etməliyəm ki, Cənab Prezidentin belə bir iclası keçirməsi, eyni zamanda, ictimai məsələlərlə əlaqdar olması baxımından ictimai diplomatiya aspektindən də əhəmiyyətlidir. Belə ki, Möhtərəm Prezident iclasda Azərbaycanın iqtisadi göstəricilərinin yüksək olduğunu ifadə edərək sənaye istehsalı baxımından bəzi nöqsanların olduğunu vurğulamış və bu məsələni ictimaiyyət ilə bölüşmə məqsədini belə ifadə etmişdir: "Sənaye istehsalında vəziyyət o qədər də ürəkaçan deyildir. Mən istəyirəm bu barədə fikirlərimi bir qədər ətraflı bildirim və yaranmış vəziyyətlə bağlı Azərbaycan ictimaiyyəti də məlumatlı olsun. Artıq birinci dəfə deyildir ki, biz Nazirlər Kabinetinin toplantılarında sənaye istehsalı ilə bağlı o qədər də xoşa gəlməyən rəqəmlər səsləndiririk ".

Ümumiyyətlə, Cənab Prezident İlham Əliyevin belə bir baxış tərzi ilə məsələyə münasibət bildirməsi siyasət fəlsəfəsi kontekstində anlaşılmalıdır. Çünki siyasət həyatın içindədir. Bu mənada, antik fəlsəfə nöqteyi-nəzərdən siyasi davranışların əxlaqi prinsiplərdən asılı olmadan ələ alınması qəbuledilməzdir. Buna müqabil modern politika fəlsəfəsinin qurucusu olan Makiavelli politikanı etikadan ayrı olaraq qiymətləndirərək siyasəti ``əxlaqın xaricində`` olan faktorlara bağlamışdır. Halbuki Cənab Prezidentin ifadələri həm iqtisadiyyatın, həm də siyasətin etik qaydalar, xüsusilə, ədalət anlayışı nəzərə alınaraq aparılmasının vacib olduğunu göstərməkdədir. Belə ki, Cənab Prezident aşağıda qeyd edəcəyimiz fikirlərində sənaye istehsalında azalmanın səbəbini dolğun şəkildə ictimaiyyətə belə çatdırmaqdadır: " Hesab edirəm ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm ki, gözlənilməyən bu tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olmuşdur. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox da ürəkaçan deyildir. Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir".

Cənab Prezidentin vurğuladığı kimi bp-nin konsorsiuma müvafiq olaraq verdiyi vəd və proqnozların həyata keçməməsi müasir dövrdə nüfuzlu şirkətlərin də qəbul etdiyi iş əxlaqı prinsipi ilə uzlaşmamaqdadır. Belə ki, bp kimi dünyadakı böyük şirkətlər verdikləri vəd və proqnozları həyata keçirmədikdə iş əxlaqına uyğun olaraq kompensasiya ödəyərək ciddi şəkildə nöqsanların ortadan qaldırılmasına səy edirlər. Cənab Prezident İlham Əliyevin də iradlarını bu kontekstdə haqlı olaraq başa düşmək lazımdır.

Cənab Prezident iclasda real göstəricilərə istinad edərək, yuxarıda qeyd olunan xoşagəlməz hadisələrə baxmayaraq, Azərbaycanın iqtisadi sahədə vəziyyətinin çox yaxşı olduğuna və ölkəmizdə aparılan iqtisadi islahatların beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini ifadə etmişdir. Bu mənada, Cənab Prezident lakonik şəkildə və yüksək analitik qabiliyyəti ilə Azərbaycanın həm iqtisadi, həm də siyasi sahədə qazandığı uğurlardan bəhs etmiş və analizlər aparmışdır. Belə ki, Möhtərəm Prezident multikulturalizm və humanitar sahədəki beynəlxalq əməkdaşlığa da öz nitqində toxunmuşdur. Məhz siyasi etika baxımından mədəniyyətlərin qialoqu XX əsrin ikinci yarısından etibarən aktuallıq kəsb etməyə başlamışdır. Artıq multikultiralist istiqamətlər və real siyasət arasında konfliktlər olduğu kimi hər hansı bir məslənin həllində müştərək həll yolları da mövcuddur. Bu baxımdan siyasətçilər, fəlsəfədəki multikulturalist yanaşma tərzlərini ciddi şəkildə bilməli və tətbiq etməlidirlər. Məsələ ilə bağlı olması baxımından Cənab Prezident İlham Əliyev İkinci Bakı Beynəlxalq Forumundakı nitqində siyasətçilərin məsuliyyət və məsuliyytsizliyi mövzusunu təhlil etməsi də bu kontekstdə anlaşılmalıdır. Nəticədə, həm bp kimi böyük şirkətlərin və həm də iqtisadi siyasət ilə məşğul olan mütəxəssislərin səhv vəd və proqnoz vermələri siyasi etika və universal ədalət anlayışı baxımından qəbuledilməzdir.

Məhz qloballaşan dünyada və qlobal inteqrasiya proseslərində həm nüfuzlu şirkətlərin, həm də siyasətçilərin ən ümdə vəzifəsi siyasi etika normalarına riayət edərək verdikləri prqnozların reallaşdırılmasına səy etmələri olmalıdır.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər