Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Zirvə Toplantısının əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilib
Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilmişdir.