PDF Oxu

Siyasət

  • 26

Dövlətin insan və vətəndaş amilinə göstərdiyi qayğı

Prezident İlham Əliyev növbəti 54-cü Əfv Fərmanını imzaladı

Dövlətin insan və vətəndaş amilinə göstərdiyi qayğı

Son illər Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanları nəticəsində minlərlə vətəndaşımız azadlığa çıxıb, ailəsinə qovuşub. Əfv Fərmanı həbsxanaya salınaraq, cəzasını çəkən insanların və onların ailələrinin, yaxınlarının və qohumlarının ağrı-acıları, üzləşdikləri problemlərin, sosial müşküllərin böyük qisminə son qoyulması deməkdir.

Dövlət başçısı İlham Əliyev hər zaman qeyd edir ki, insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Təbii ki, əfv olunan vətəndaşlarımız bu humanist aktdan, dəyərli fürsətdən düzgün nəticə çıxaracaq, təfsilatlı qənaətə gələcək, dövlət və cəmiyyət qarşısında öz vətəndaşlıq borclarını dərk edərək qanunlara əməl edəcək, Azərbaycanın davamlı və sabit inkişafına, ölkənin tərəqqisinə öz töhfələrini verəcəklər.

Ölkə Prezidenti İlham Əliyev dekabrın 26-da növbəti Əfv Fərmanını imzaladı. Dövlətimizin başçısı məhkum olunmuş bir sıra şəxslərin, onaların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkillin, insan hüquqlarının müdafiəçisi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə, məhkumların şəxsiyyətini, səhhətini, ailə üzvlərini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq humanizm prinsiplərinə əsaslanaraq imzaladığı Sərəncamla 87 nəfər əfv olunmuşdur. Azadlıqdan məhrum olma cəzasına məhkum edilmiş 79 nəfəri Azərbaycan Prezidentinin bu humanist addımı nəticəsində cəzasının çəkilməməiş hissəsindən azad olunmuşdur. Sərəncama əsasən daha 4 nəfər islah işləri cəzasından, 4 nəfər isə cərimə cəzasından azad edilmişdir.

Xatırladaq ki, 1995-ci ildən bu günə kimi Azərbaycanda imzalanmış Əfv Sərəncamı ilə 5000 nəfərdən artıq məhkum azadlığa buraxılıb. Sonuncu belə Sərəncam cari il iyun ayının 22-də Prezident İlham Əliyev tərəfindən imzalanıb. Həmin vaxt 58 məhkum cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl, 2 nəfər islah işlərindən, 6 nəfər isə cərimədən azad olunub.

Dövlət başçısı İlham Əliyev etdiyi bütün çıxışlarında vurğulayır ki, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, demokratikləşmə prosesinin daha da böyük vüsər alması, hüquqi, sivil dövlətin qurulması sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın davamlı və çoxşaxəli inkişafı istiqamətində əsas qayədir, məramdır. Azərbaycanda insan, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması sahəsində reallaşan mükəmməl işlər vurğuladığımız kimi, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də alqışlanır. Ana Yasamız olan Dövlət Konstitusiyamızda öz əksini tapan bir çox maddələrin, müddəaların böyük qismi insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə aiddir. Bəzi qərəzli təşkilatlardan fərqli olaraq, nüfuzlu dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanan beynəlxalq təşkilatlar davamlı olaraq dünyada demokratiya və insan hüquqları sahəsində aparılan işlərə yönəldilmiş hesabatını açıqlayır. Azərbaycan hər zaman həmin hesabatlarda müsbət göstəriciləri ilə yer alaraq, bütün müstəvilərdə inkişaf yolu keçdiyini sübuta yetirir. Prezident İlham Əliyevin davamlı qaydada imzaladığı əfv fərmanları, amnistiya aktları, insan hüquqlarının müdafiəsinə xidmət edən Proqramın təsdiqlənməsi, eyni zamanda, insan hüquqları gününün təsis edilməsi buna əyani sübut kimi həmin hesabatlarda vurğulanır. Yəni əminliklə söyləmək mümkündür ki, dövlətimizin, Prezidentimizin humanizm siyasətini yüksək qiymətləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi daim təqdir edir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər