PDF Oxu

Siyasət

  • 19

Azərbaycançılıq ideologiyası və həmrəylik gününün vəhdətinə dair

Ümummilli Lider Heydər Əliyev: "Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür".

Azərbaycançılıq ideologiyası və həmrəylik gününün vəhdətinə dair

Məlum olduğu kimi, 31-dekabır yeni il ilə bərabər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi də qeyd olunmaqdadır. Məhz 1993-cü ilin dekabr ayında Ümummilli Lider Heydər Əliyev 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı. Bu qısa məqalə çərçivəsində mən, belə bir Sərəncamın funksional mahiyyətini və praqmatik faydasını azərbaycançılıq ideologiyası işığında təhlil etməyə səy edəcəm.

İlkin olaraq ifadə etməliyəm ki, Ümummilli Lider Hyedər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" kəlamında lakonik şəkildə ifadə edilən Azərbaycançılıq məfkurəsi bir çox cəhətdən təhlil olunmuş və olunmaqdadır. Bu ideologiyanın müasir Azərbaycanın siyasi-iqtisadi, ümumiyyətlə, bütün sahələrdəki praqmatik faydasını hər keçən gün müşahidə etmiş oluruq.

Bu kontekstdə qeyd etməliyəm ki, bəzi müasir siyasi-fəlsəfi nəzəriyyələr ümumiyyətlə ideologiya məfhumunu qəbul etmək istəmirlər. Məhz postmodern düşüncənin təsiri ilə bu anlayış yaranmışdır. Belə ki, postmodern düşüncə ideologiyanın və meta-sistemlərin sonunun gəldiyini elan etmişdir. Ancaq reallıqda bu, heç də belə deyidir. Xüsusilə, siyasət sahəsində bunun təsiri azdır. Bu mənada, ideologiya məfhumu və siyasi vahidlik, yəni modern dövlətin unitar mahiyyəti hələ də aktuallıq kəsb edir. Bu baxımdan 20 -ci əsrdə meydana gələn iki dünya müharibəsinə və Avropa siyasətçi və mütəfəkkirlərinin bundan ibrət götürərək Avropa Birliyinin yaranmasına təkan vermələrini göstərmək olar. Məhz vahid avropalçılıq ideologiyası sayəsindədir ki, bu gün müxtəlif millət və etnik qruplar vahid Avropa ideologiyası ətrafında birləşmişlər. Azad Avropa iqtisadi zonası, pul vahidi və s. kimi müştərək dəyərlər sistemi Avropa vətandaşlarının siyasi kimliklərini də müyyən edir. Bu arqumentləri daha da uzatmaq olar. Ancaq bu çərçivədə yekun olaraq, onu qeyd etmək istəyirəm ki, ideologiya məfhumu və unitar dövlət strukturlarına sistemli yanaşma hələ də öz aktuallığını qorumaqdadır.

Məhz Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının ideoloji üstünlüyü və praqmatik faydası onun sistematik mahiyyət daşımasına zəmin yaradır. Məlum olduğu kimi, Azərbaycan çox millətli bir ölkədir. Bu mənada, Azərbaycançılıq ideologiyası Azərbaycanda vətandaş əsaslı cəmiyyətin yaranması və inkişafı, etnik və milli mənsubiyyətindən asılı olmayaraq, vətandaşların vahid bir orqanizma şəklində yaşamalarını təmin edir. Bu mənada, azərbaycançılıq ideologiyası Azərbaycanın keçmişi, indisi və gələcəyi ilə birbaşa bağlıdır və milli dövlət strategiyamızın əsasını təşkil edir.

Yuxarıda qeyd etdiyimiz arqumentlər çərçivəsində azərbaycançılıq ideologiyası və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün fəlsəfi və siyasi mahiyyəti bizlər üçün olduqca aktuallıq kəsb edir. Belə ki, bu həmrəylik gününün funksional mahiyyətini və paraqmatik faydasını azərbaycançılıq ideologiyası işığında daha dəqiq anlaya bilərik. Ümumiyyətlə, Heydər Əliyevin yaradıcısı olduğu bu iki fenomen vəhdət halında, yəni Azərbaycanın tarixi vəziyyətini, atılacaq addımları və gələcək strategiyanı lakonik şəkildə qeyd etdiyi üçün xüsusi çəkiyə malikdir. Bu mənada, azərbaycançılıq ideologiyası və həmrəylik günü bir-birinə sıx bağlıdır. Bu iki fenomen həm keçmişimizlə, həm də gələcəyimizlə sıx vəhdət halındadır. Təsadüfi deyildir ki, bütün dünyanın yeni ili qarşıladığı bir zamanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bu gündə qeyd edilməsi, Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir. Ümumiyyətlə, ideologiyasız və milli mənlik şüuruna malik olmayan millət və xalqlar dünya mədəniyyətinə öz töhfələrini verə bilməməkdədir. Belə ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində azərbaycançılıq ideologiyası və həmrəylik günü sıx vəhdət halında Azərbaycanın milli mentalitetində ciddi rola malikdir. Təsadüfi deyildir ki, Cənab Prezident İlham Əliyevin bu istiqamətdə apardığı islahatlar da belə bir vəhdətin əyani sübutu mahiyyətindədir. Nəticədə, azərbaycançılıq ideologiyası kontekstində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Azərbaycanın siyasi-iqtisadi inkişafında həm funksional , həm də praqmatik mahiyyət daşıyır.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər