PDF Oxu

Siyasət

  • 25

Regionların inkişafına dövlət dəstəyi gücləndirilir

Regionların inkişafına dövlət dəstəyi gücləndirilir

Prezident İlham Əliyev Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Digər xəbərlər