PDF Oxu

Siyasət

  • 27

"Rüstəm İbrahimbəyov yeni siyasi şou hazırlamaq niyyətindədir"

"Ümumiyyətlə, təkcə R.İbrahimbəyova deyil digər vergidən yayınan şirkətlərə də cinayət işi açılıb"

"Rüstəm İbrahimbəyov yeni siyasi şou hazırlamaq niyyətindədir"

Rüstəm İbrahimbəyova cinayət işi onun şəxsiyyəti ilə bağlı qaldırılmayıb. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rüstəm İbrahimbəyova qarşı açılan cinayət işinə münasibət birdirərkən deyib.

Onun sözlərinə görə, adı çəkilən şəxs Azərbaycan hökumətini korrupsiya və rüşvətxorluqda ittiham edirdi. Ancaq hökumətin araşdırmalarından sonra məlum olub ki, onunla bağlı "səhv"ə yol verilib: "Rüstəm İbrahimbəyovun adına və ona qarşı olan hörmətə görə, bu günə kimi ödəyəcəyi vergi borcları gündəmə gətirilməyib. Bu bir növ Azərbaycan hökumətinin "səhv"idir. Buna görə də hakimiyyət ona qarşı eddilən "səhv"i düzəltməyə qərar verib. Yəni Vergilər Nazirliyi öz işini yerinə yetirməyə başlayıb. Burda qeyri-adi heç bir hal yoxdur. Vergidən yayındığına görə, qaldırılan cinayət işini siyasiləşdirməyin arxasında digər məqamlar durur".

Politoloq R.İbrahimbəyova sualla müraciət edib: Nə üçün bu dövləti ittiham edirsən və onun qoyduğu qanunları pozursan? Dövlətdə öz qanunlarının icrasına başlayanda buna siyasi don geyindirirsən?: "Burda heç bir siyasətdən söhbət gedə bilməz. Bu tamamilə qanunidir. Heç kimin onunla düşmənçiliyi yoxdur. Hər ilin əvvəlində Vergilər Nazirliyi ötən ilin nəticələrini araşdırır. Buna əsasən müvafiq tədbirlər görülür. Ümumiyyətlə, təkcə R.İbrahimbəyova deyil digər vergidən yayınan şirkətlərə də cinayət işi açılıb. Həmin insanlardan biri də R.İbrahimbəyovdur. Nə üçün onlar dinmir təkcə o ortalığı siyasi şou meydanına çevirir?".

Digər xəbərlər