PDF Oxu

Siyasət

  • 65

Əli Həsənov: "Prezidentin tənqidi bir siqnaldır, hər kəs özünü düzəltməlidir"

Əli Həsənov: "Prezidentin tənqidi bir siqnaldır, hər kəs özünü düzəltməlidir"

"Prezident Administrasiyası vətəndaşlarla təmasları artıracaq. Rayonların icra strukturlarında Bakıdan, mərkəzi hakimiyyətdən gedən vəzifəli şəxslər müntəzəm olaraq yerli vətəndaşlarla görüşlər keçirəcək, onları dinləyəcək, məsləhətləşəcək". SİA-nın xəbərinə görə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov televiziya proqramlarının birində çıxışı zamanı deyib. O bildirb ki, vətəndaşların fərdi problemləri ilə yanaşı, ölkənin qarşısında duran ictimailəşmiş problem və vəzifələrlə bağlı da bir sıra qurumlarla görüşlər, məsləhətləşmələr planlaşdırılıb.

Şöbə müdiri onu da bildirib ki, bu görüşlər növbə ilə may ayına qədər həyata keçiriləcək. Əli Həsənov müsahibəsində ölkə prezidentinin 12 fevral tarixli məlum tənqidi çıxışına dair suallara da cavab verib. Deyib ki, prezidentin tənqidi bir siqnaldır, hər kəs özünü düzəltməlidir: "Bugünkü komanda ilə prezident yüksək nəticələr qazanıb, böyük işlər görüb. Amma cənab prezident hesab edirsə ki məmurlar bundan daha yaxşı işləyə bilər, deməli bu, belədir".

Prezidentin çıxışını 4 istiqamət üzrə təhlil edən Ə. Həsənov daha sonra yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı barədə danışıb və bu məsələdə ölkə müxalifətini də kəskin tənqid edib.

O, "İsa Qəmbər, Eldar Namazov və digərlərinin Azərbaycan xalqına qarşı olan "Daş Yuxular" romanına münasibətini necə dəyərləndirirsiniz? Reaksiyalar sizi qane etdimi" suallarını cavablandırarkən deyib: "Ziyalılar Forumu və İctimai Palata bunu qəsdən edir. Bununla da müxalifət bir sıra ermənipərəst dairələrə mesaj verir. Yəni bir növ bildirməyə çalışırlar ki, əgər ermənilər indiki müxalifətə hakimiyyətə gəlməyə dəstək versə, Dağlıq Qarabağ məsələsində güzəştə gediləcək".

sia.az

Digər xəbərlər