Prezident İlham Əliyevin Sərəncamından: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır"
(Əvvəli ötən sayımızda )
Bu il Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olmaqdadır. Müasir, müstəqli Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin xalqımızın əbədiyaşar Lideri kimi gördüyü mütərəqqi işləri ölkəmizin dünyada tanınmasına təkan vermişdir. Bu gün istər regionda, istərdsə də beynəlxalq aləmdə Azərbaycanın adı yüksək, mötəbər məcdislərdə səslənir. Eyni zamanda, ölkəmizin dinamik inkişafı Heydər Əliyev konsepsiyasının, siyasi kursunun məntiqi nəticəsidir. Məhz belə əhəmiyyətli amillərin üzərində Heydər Əliyev dühasının dayanması Azərbaycan adlı müstəqil respublikamızın qüdrətini dünyaya sərgiləyir.
Bu gün Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev apardığı uğurlu, praqmatik və məqsədyönlü siyasəti ilə ölkəmizin adını dünya tarixinə qızıl hərflərlə yazır.
Azərbaycanda sahibkarlığının inkişafında Ulu Öndər Heydər Əliyevin rolu
Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçirilməsində və yeni təsərrüfat sisteminin formalaşdırılmasında azad sahibkarlığın, şəxsi təşəbbuskarlıgın inkişaf etdirilməsi mərkəzi yer tutur. Ölkədə sağlam sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir.
Sahibkarlığın inkişafı yeni iş yerləri yaradır, istehlak bazarına yeni məhsul növü çıxarır, vergi ödəyicilərinin sayını artırır, iqtisadi islahatların sosial bazası kimi əhalinin orta təbəqəsini formalaşdırır. Digər tərəfdən sahibkarlığın inkişafı xarici investisiya axınını gücləndirir və ölkənin dünya iqtisadiyyatına inteqrasiya olunmasını sürətləndirir. Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsi sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Artıq bu gün ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlu siyasət nəticəsində biznes mühitin əlverişliliyinin artırılması ilə şərtlənmişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olmuşdur. Məlum olduğu kimi, 1996-cı ildə, yəni iqtisadi canlanmanın vüsət aldığı dövrdə nəzarət işləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti ümumilikdə respublikanın iqtisadi böhrandan cıxmasında subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni maneçilik törədirdi. Bu səbəbdən də, qeyd etdiyimiz problem müdrik siyasətçi Heydər Əliyev tərəfindən xususi nəzarətə götürülmüş və qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdı. İlk addım kimi ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cə il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" Fərman imzalanmışdır. Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və huquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər həyata keçirilmişdir.
Uğurlu gələcəyi təmin edən tarixi əhəmiyyətli Fərman və Sərəncamlar bütün bunlarla yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmaması vı iqtisadiyyatın inkişafı dövlət nəzarəti sahəsində həyata kecirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarati sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin gucləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində suni maneələrin aradan qaldırılması haqqında" Fərman təsdiqlənmişdir. Bu sənədin tələblərindən irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmış və qısa bir zamanda bu sahədə mühüm irəliləyişlər əldə olunmusdur.
Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm həlqələrindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək, dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən, vergi nəzarəti sisteminin tətbiqi olmuşdur. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunmuş və burada mövcud boşluqlar aşkar olunaraq onların aradan qaldırılmasına dair müvafiq dəyisikliklər edilmişdir. Bu dəyisikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutmuşdur. Eyni zamanda, aparılan yoxlamaların keyfiyyəti və səmərəliliyinin artırılması, əsassız yoxlamaların qarşısının alınması məqsədilə müvafiq tələblər və metodiki göstərişlər hazırlanmışdır.
Ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsası Ümummilli Lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşləri göstərmək mümkündür. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılması, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu göruşlər və onların nəticəsi kimi avqust-sentyabr aylarında imzalanmış cox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Sahibkarlığın inkişafında süni maneələrin qarşısının alınması, onların fəaliyyətinə lüzumsuz müdaxilələrə son qoyulması və vergi ödəyicilərinin qanuni mənafelərinin qorunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını əldə rəhbər tutaraq Vergilər Nazirliyi tərəfindən Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanmış və həmin təkliflər 1 yanvar 2003-cu il tarixdən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Həmin Qanunda vergi orqanları tərəfindən vergi ödəyicilərinin bank hesabları üzrə əməliyyatlarının məhkəməsiz dayandırılması barədə müddəa ləğv edilmiş, bank hesablarından vergilərin dövlət büdcəsinə alınması proseduru təkmilləşdirilmiş, vergi orqanlarına gəlmədən hesabatların təqdim edilməsi təsdiq olunan hər hansı üsulla, o cümlədən, rabitə təşkilatlarına təqdim edilməsi qaydası müəyyənləşdirilmiş, sadələşdirilmiş verginin tətbiqi bazası daha da genişləndirilmiş və son nəticədə kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən daha optimal bir sistem yaradılmışdır. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirilmişdir.
Qeyd olunanlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasında azad sahibkarlığın və bazar iqtisadiyyatı prinsipləri əsasında rəqabət mühitinin formalaşdırılması sahəsində gördüyü işlərin cox cüzi hissəsini təşkil edir. Bu tədbirlər qısa zaman kəsiyində öz müsbət təsirini göstərmiş və özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artmışdır.
(Ardı var)
RƏFİQƏ KAMALQIZI