ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 14-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, şəxsi köməkçiləri Xristo Xristov və Uilyam Prayor, eləcə də ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Maykıl Dolan keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov, eləcə də ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri Pavlo Şamayev nəzarət edəcəklər.
AzərTAc