Yeni Azərbaycan Partiyası Sədrinin müavini – İcra katibi Əli Əhmədov Sabirabad rayonunda partiyanın fəalları ilə görüşüb.
Görüş iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, kompleksin önünə tər gül dəstələri düzmüşlər.
Görüşü giriş sözü ilə açıq elan edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev təşkilatın fəaliyəti barədə qısa məlumat verdi.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – İcra katibi Əli Əhmədov Azərbaycanın inkişafında, müasirləşməsində bu və ya digər dərəcədə YAP-ın və onun sıralarında cəmləşən 600 minə yaxın fəal Azərbaycan vətəndaşının əməyinin, fədakarlıqlarının bilavasitə əməyi olduğunu qeyd etdi. Bildirildi ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb. 2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunlar isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.
Əli Əhmədov görüşdə gəncləri maraqlandıran müxtəlif sualları cavablandırıb.
YAP Siyasi Şurasının üzvü, Sabirabad rayon İH – nin başçısı Nazim İsmayılov və millət vəkili Rüstəm Xəlilov görüşdə iştirak edib.
yap.org.az