"Son 10 ildə uğurlu inkişaf dövrü keçirən Azərbaycanda ümumi daxili məhsulun həcmi 5 dəfə artıb və ölkəmiz artıq dünyada və regionda sabit, inkişaf edən dövlət kimi öz yerini tutub". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda "The Business Year" jurnalının Azərbaycanla bağlı buraxılışının təqdimat mərasimində bildirib.Şöbə müdiri deyib ki, Azərbaycanın inkişaf etdiyi dövr çox maraqlı dövrə təsadüf edir. Əli Həsənovun sözlərinə görə, əsas məqam isə ondan ibarətdir ki, Azərbaycan dünyanın əksər ölkələrinin böhran keçirdiyi bir dövrdə iqtisadi cəhətdən sürətlə inkişaf edir: "Dünya ölkələri elə bir vəziyyətə gəlib ki, beynəlxalq hüquq normalarından kənara çıxaraq insanların banklara yatırdıqları sərmayələrə göz dikir, təqaüdçülərin maaşlarını kəsir, sosial layihələrə yönəltdikləri proqramları dayandırırlar. Artıq Avropada elə böhran yaranıb ki, oranın sakinləri Asiyaya, Şərqə axın edirlər. Onlar özlərinin gələcək sosial-iqtisadi proqramlarını Asiya ölkələrində həyata keçirməyi planlaşdırırlar. Belə bir şəraitdə Azərbaycanın inkişaf sirləri, inkişaf modelləri tək azərbaycanlıları deyil, bütün dünyanı maraqlandırır".
sia.az