PDF Oxu

Siyasət

  • 39

Prezident sərgi ilə tanış olub

Prezident sərgi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Bakı Ekspo" sərgi və toplantı mərkəzində "AİTF-2013" XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olublar. SİA xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, sərgidə iştirakçı ölkələrin coğrafiyası hər il genişlənir. Məhz bunun nəticəsidir ki, "AİTF-2013" sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 251 şirkət iştirak edir.

Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "İTE Group plc" və onun tərəfdaşı "İteca Caspian" MMC-lərin təşkilatçılığı ilə keçirilən sərgidə Monteneqro, Tailand, Tunis, Kanada, Mərakeş və Monakonun turoperatorları ilk dəfə iştirak edirlər. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr yer alıb. "AİTF-2013" sərgisində 20 ölkə milli stendləri ilə çıxış edir. Həmçinin sərgidə Azərbaycanın 20-dən çox rayonunun turizm potensialı nümayiş olunur. Sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir.

Qeyd edilib ki, artıq ənənə halı almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə yaxından tanış olublar.

sia.az

Digər xəbərlər