Bu gündən etibarən Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq" mövzusunda I Dünya İqtisadi Forumu (Davos Forumu) öz işinə başlayıb. SİA xəbər verir ki, Forumda Azərbaycanın dövlət başçısı İlham Əliyev də iştirak edir.
Davos Forumunun icraçı direktoru Klaus Şvab tədbirin açılışında Formun təşkilində göstərdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən icraçı direktor bildirib ki, yüksək təhsil almış işçi potensialından, ölkənin coğrafi mövqeyindən regionun tərəqqisi üçün istifadə etmək olar.
Klaus Şvabın çıxışından sonra regionun imkanlarına həsr olunmuş video rolik nümayiş olunub.
sia.az