PDF Oxu

Siyasət

  • 23

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi çox mühüm hadisədir

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi çox mühüm hadisədir

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi çox mühüm hadisədir.

Bu sözləri ukraynalı iş adamı İqor Yakovenko AzərTAc-a müsahibəsində demişdir.

Bakının artıq Cənubi Qafqazın və Orta Asiyanın biznes mərkəzinə çevrildiyini qeyd edən qonaq bildirmişdir ki, biz burada ABŞ-dan, Rusiyadan, Türkiyədən və Avropa ölkələrindən böyük şirkətlərin nümayəndələrini görürük. Bu, onu göstərir ki, Azərbaycan dünyada artıq özünün zəngin neft-qaz ehtiyatları ilə deyil, dinamik inkişaf edən iqtisadiyyatı, əlverişli biznes şəraiti, informasiya-kommunikasiya texnologiyaları sahəsində atdığı cəsarətli və mühüm addımları, gündən-günə gözəlləşən Bakı şəhəri ilə tanınmaqdadır.

AzərTAc

Digər xəbərlər