PDF Oxu

Siyasət

  • 27

Asəf Hacıyev: “Biz onların təcrübəsindən yetərincə faydalana bilərik”

Asəf Hacıyev: “Biz onların təcrübəsindən yetərincə faydalana bilərik”

"Dünyanın gələcəyi və inkişafı iqtisadiyyatla bağlıdır". Bunu SİA-ya millət vəkili Asəf Hacıyev Davos İqtisadi forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün iqtisadiyyat ən öndə duran sahələrdən biridir: "Məhz buna görə də əgər böyük iqtisadi forumları təşkil edilirsə, ilk öncə forumun keçiriləcəyi ölkə haqqında ətraflı məlumat əldə edilir. Fikir verin, İsveçrənin Davos şəhərində hər il Davos İqtisadi forumu təşkil edilirmi? İsveçrə çox yüksək və dinamik inkişaf etmiş ölkədir. Beləcə, MDB məkanında ilk dəfə olaraq Davos İqtisadi forumu da Azərbaycanda təşkil edilib. Bu bir daha onu təsdiq edir ki, ölkəmizin siyasi, iqtisadi inkişafı artıq yüksək səviyyəli forumlar səviyyəsində qəbul olunur. Bildiyiniz ki, cənab prezident İlham Əliyev adı çəkilən forumun prezidenti Klaus Şvabı qəbul etməklə önəmli məsələləri müzakirə etdi. K.Şvabın Azərbaycana gəlməsinin özü belə ən əlamətdar hadisələrdən biridir. Digər tərəfdən bu forum ölkəmizin inkişafına təkan verəcək. Çünki bu forum vasitəsilə dünyanın ən aktual məsələləri müzakirə olundu. Ümumiyyətlə, tanınmış siyasətçilərin, siyasi xadimlərin Azərbaycana gəlməsi təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir. Biz onların təcrübəsindən yetərincə faydalana bilərik. Eləcə də qarşılıqlı olaraq xarici qonaqlar ölkəmizin unikal iqtisadi modelini öz gözləri ilə görmək iqtidarına malik oldular".

sia.az

Digər xəbərlər