"300-dən çox siyasi partiyanı özündə birləşdirən Asiya Siyasi Partiyaların Beynəlxalq Konfransı geniş imkanlardan istifadə etməklə qadınların problemlərinin həlli istiqamətində bir çox nailiyyətlər əldə edə bilər". SİA-nın məlumatına görə, bu fikri millət vəkili Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, Bakı şəhərində İCAPP-ın Qadınlar Qolunun ilk iclasının keçirilməsi mühüm hadisədir. Onun sözlərinə görə, bu hadisə həm ölkəmizin, həm də YAP-ın artan beynəlxalq nüfuzunun göstəricisidir: "Məlum olduğu kimi Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri son illər daha da güclənməkdədir. Buna paralel olaraq Yeni Azərbaycan Partiyası da iqtidar partiyası kimi xarici əlaqələrini genişləndirir. Bu tədbirin Bakıda keçirilməsində partiyamızın rolu xüsusi qeyd olunmalıdır. Mən inanıram ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq uğurları gələcəkdə daha da artacaq. Buna şübhəm yoxdur".
sia.az