PDF Oxu

Siyasət

  • 23

Əli Əhmədov: “Davos forumu Azərbaycanın müasir iqtisadi həyatında çox əhəmiyyətli bir hadisədir”

Əli Əhmədov: “Davos forumu Azərbaycanın müasir iqtisadi həyatında çox əhəmiyyətli bir hadisədir”

"Hesab edirəm ki, Azərbaycanın iqtisadiyyatında, iqtisadi inkişafı sahəsində çox əhəmiyyətli və uğurlu nailiyyətlər əldə olunmasa idi eləcə də ölkəmizin timsalında iqtisadi inkişaf və tərəqqi mövzusunda diskussiyalar aparılması üçün kifayət qədər əsaslar olmasa idi, Davos forumunun Bakıda keçirilməsi üçün də qərar qəbul edilməzdi". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov Davas İqtisadi forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

YAP-ın Sədr müavinin sözlərinə görə, Davas İqtisadi forumunun Azərbaycanda keçirilməsi dünya iqtisadi birliyində ölkəmizin iqtisadi inkişafını etiraf etməsi kimi qiymətləndirilə bilər: "Belə bir qərarın qəbul edilməsi hər şeydən əvvəl Azərbaycanın iqtisadi inkişafının və onun modelinin etiraf olunması kimi qiymətləndirilir. Digər bir tərəfdən Davas İqtisadi forumunun Azərbaycanda keçirilməsi bütövlükdə Azərbaycanın və ölkəmizin inkişafının, iqtisadiyyatının, onun yüksəlişinin dünya birliyinə bir daha iqtisadçıların və iqtisadi qurumların baxışları konteksində təqdim edilməsi deməkdir. Həqiqətən də Azərbaycanın dünyaya deyə biləcəyi çox şeylər vardır. Bunlara misal olaraq sürətli iqtisadi inkişaf, Azərbaycanın özünəməxsus iqtisadi modelinin ayrı-ayrı aspektləri, insanlarının rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlər göstərilə bilər. Bütün bunların hamısı Davas İqtisadi forumunun Azərbaycanda keçirilməsi konteksində ölkəmizin yenidən dünyaya açılması və dünyaya təqdim edilməsi demək idi".

Millət vəkili Əli Əhmədov bununla belə hesab edir ki, forum iqtisadi inkişaf prespektivləri baxımından, aparılan müzakirələr konteksində böyük əhəmiyyət kəsb edir: "Əlbəttə ki, dünya iqtisadiyyatı getdikcə inkişaf etməkdədir və bu inkişafın yeni yolları axtarılmaqdadır. O cümlədən Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən bir ölkə kimi dünya iqtisadi birliyinə daha yaxından inteqrasiya etmək və dünyanın iqtisadi inkişaf templərinə uyğun şəkildə öz vəzifələrini qarşıya başlıca məqsəd kimi qoyub. Bu vəzifələrin hansı sürətdə həyata keçirilməsi dünya iqtisadi birliyində öz mövqelərini daha da möhkəmləndirmək nöqteyi-nəzərindən Davas İqtisadi forumunun Bakıda keçirilən iclaslarında aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu müzakirələr Azərbaycanın iqtisadi nöqteyi-nəzərindən gələcək iqtisadi inkişafına daha geniş prespektivdə və geniş bir bucaq altında baxmağa imkanlar yaradacaq. Digər bir tərəfdən burada ayrı-ayrı tanınmış iqtisadçıların və yaxud menecerlərin səsləndirdiyi fikirlər də Azərbaycanın regional iqtisadi baxımından gələcək prespektivlərinə böyük təsir göstərə bilər. Hesab edirəm ki, bu Azərbaycanın müasir iqtisadi həyatında çox əhəmiyyətli bir hadisədir. Bu bir daha onu göstərir ki, Azərbaycan dünya birliyində artıq özünü təsdiq etmiş, ayrı-ayrı önəmli toplantıların keçirilməsinə ev sahibliyi etmək imkanında, qüdrətində olduğunu sübuta yetirən bir məmləkətdir".

sia.az

Digər xəbərlər