PDF Oxu

Siyasət

  • 16

Lerik rayonunda qadınlarla işin təşkili, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

Lerik rayonunda qadınlarla işin təşkili, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

Aprelin 17-də Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatı qadınlar şurasının konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, toplantıda YAP Lerik rayon təşkilatı qadınlar şurasının sədri Arzu Vəliməmmədova hesabat məruzəsi ilə çıxış etmişdir.

Qeyd olunmuşdur ki, öz sıralarında 559 nəfər partiya üzvünü birləşdirən YAP Lerik rayon təşkilatının qadınlar şurası rayonda qadınlarla işin təşkili, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində bir sıra məqsədyönlü işlər görmüşdür.

Tədbirdə çıxış edənlər ölkəmizdə qadınlara verilən geniş hüquqlardan, onlara göstərilən dövlət qayğısından, qadınların cəmiyyətdə yeri və rolundan, rayonun ictimai-siyasi, təhsil, səhiyyə, mədəniyyət sahələrindəki fəaliyyətindən danışmışlar.

YAP rayon təşkilatının sədri Elxan Qənbərov bildirmişdir ki, öz ətrafında ümummilli lider Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirən Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilmişdir.

Çıxış edənlər qazanılan uğurlarda partiyanın sədri, Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər.

Konfransda təşkilati məsələlərə baxılmış, şuranın yeni tərkibi, idarə heyəti seçilmişdir.

Arzu Vəliməmmədova yenidən YAP Lerik rayon təşkilatı qadınlar şurasının sədri seçilmişdir.

Toplantıda, həmçinin, sədrin müavinləri və YAP Qadınlar Şurasının konfransına nümayəndələr seçilmişdir.

Konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

AzərTAc

Digər xəbərlər