PDF Oxu

Siyasət

  • 23

Kürdəmirli qadınlar rayonun sosial-iqtisadi,ictimai-mədəni həyatında fəal iştirak edirlər

Kürdəmirli qadınlar rayonun sosial-iqtisadi,ictimai-mədəni həyatında fəal iştirak edirlər

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı qadınlar şurasının konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda YAP Kürdəmir rayon təşkilatı qadınlar şurasının sədri Elmira Şıxəliyevanın hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır.

Bildirilmişdir ki, sıralarında 600 min nəfərdən çox üzvü birləşdirən YAP hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ən möhtəşəm tarixini yaşamaqdadır. Bu gün dünyada ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik olan, regionun ən qüdrətli dövlətinə çevrilən Azərbaycanın ictimai-siyasi həyatında YAP fəal rola malikdir.

Çıxışlarda YAP Kürdəmir rayon təşkilatı qadınlar şurasının fəaliyyətindən danışılmışdır.

Bildirilmişdir ki, ötən konfransdan bəri rayonda YAP sıralarına daha 676 nəfər qadın qəbul olunmuş, onların ümumi sayı 2.612 nəfərə çatmışdır. Bu isə rayon təşkilatı üzvlərinin 36 faizi deməkdir. Qadınlar hazırda rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal rola malikdirlər.

Natiqlər Azərbaycan qadınlarının fəallığına böyük təkan verən amillərdən biri kimi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ictimai-siyasi, humanitar fəaliyyətini xüsusilə vurğulamışlar.

Məruzə və çıxışlarda əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasətindən danışılmışdır. YAP rayon təşkilatının sədri Ağəli Kərimli əminliklə bildirmişdir ki, qadınlar şurası ölkəmizin həyatında mühüm hadisə olan qarşıdakı prezident seçkilərində yüksək fəallıq nümayiş etdirəcəkdir.

Konfransda YAP Kürdəmir rayon təşkilatı qadınlar şurasının yeni tərkibi müəyyənləşmiş, Elmira Şıxəliyeva yenidən şuranın sədri seçilmişdir.

Sonda YAP qadınlar şurasının konfransına nümayəndələr seçilmişdir.

AzərTAc

Digər xəbərlər