"2013-cü ilin birinci rübünün yekunları göstərir ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticələri uğurludur. Bu siyasətin davamlı olacağını əminliklə demək olar". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, son illər Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Onun sözlərinə görə, aztəminatlı ailələr, təqaüdçülərin və digər güzəştli təbəqələrin sosial rifahını yüksəltmək üçün sistemli işlər həyata keçirilir.
"Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı olduğunu bildirib. Təbii ki, əməkhaqlarının, təqaüdlərin artırılması əhalinin güzəranının daha yüksəlməsi ilə nəticələnəcək. Bu və digər faktlar sübut edir ki, dövlətimiz insanların maddi rifahının güclənməsini prioritet istiqamət kimi qarşıya qoyub" - deyə, M.Quliyev qeyd edib.
yap.org.az