PDF Oxu

Siyasət

  • 21

Əli Əhmədov: “Xalq İlham Əliyevi dəstəkləyir”

Əli Əhmədov: “Xalq İlham Əliyevi dəstəkləyir”

YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov Biləsuvar rayonunda partiyanın fəalları ilə görüş keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov bu gün Biləsuvar rayonunda partiyanın fəalları ilə görüş keçirib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev məruzə edərək bildirib ki, partiyanın rayon təşkilatının 4430 nəfər üzvü 68 ilk ərazi ilk partiya təşkilatında fəaliyyət göstərirlər. Bunlardan 35 faizini gənclər, 27 faizini isə qadınlar təşkil edir. K.Mirzəyev rayon təşkilatının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

YAP-ın fəalları qarşısında çıxış edən partiyanın Sədr müavini Əli Əhmədov çıxışında respublikada gedən geniş abadlıq və quruculuq işlərinə toxunub. İcra katibi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyada tanındığını, qüdrətli dövlətə çevrildiyini, ölkədə əhalinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini bu siyasətin davamlı olması üçün oktyabrda keçiriləcək seçkilərdə yenidən İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinin vacibliyini xüsusi vurğulayıb.

"Xalq İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. İnsanların sosial rifahının artması, iqtisadiyyatın həcminin bir neçə dəfə artması məhz İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bütün bunlar da bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib", - deyə Ə.Əhmədov bildirib.

Rayon fəallarından Rüstəm Əliyev, Xoşbəxt Ağayeva, YAP Gənclər Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Kamil Qurbanlı, Heydər Əliyev Muzeyinin direktoru Gülmalı Güləliyev çıxış edərək üzvü olduqları partiyanın bundan sonrakı fəaliyyətinin daha da genişlənməsi üçün var qüvvə ilə çalışacaqlarını bildiriblər.

sia.az

Digər xəbərlər