PDF Oxu

Siyasət

  • 16

Elmar Məmmədyarov Yaxın Şərq regionuna səfər edəcək

Elmar Məmmədyarov Yaxın Şərq regionuna səfər edəcək

Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 21-23 aprel tarixində Yaxın Şərq regionuna səfər edəcək. XİN-dən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Fələstin və İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan tərəfi Fələstin və İsrail ilə Yaxın Şərq sülh prosesi ətrafında müzakirələr aparacaq, həmçinin ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi, ticarət, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olacaqdır.

sia.az

Digər xəbərlər