PDF Oxu

Siyasət

  • 32

“Dövlət rəmzlərimizi sevək və sevdirək”

“Dövlət rəmzlərimizi sevək və sevdirək”

Bu gün Bakı Avrasiya universitetində (BAU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Türkiyə universitetləri məzunları İctimai birliyinin təşkilatçılığı ilə "Dövlət rəmzlərimizi sevək və sevdirək" devizi altında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə BAU-nun rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov tələbələrin diqqətinə çatdırıb ki, bizim təşkilat Dövlət rəmzlərimizin tələbələr arasında təbliği ilə bağlı silsilə tədbirlər təşkil edir: "İlk tədbirimiz Azərbaycan Dövlət İqtisad Universitetində olub. Daha sonra bu tədbirlər Azərbaycan Turizm universitetində və bu gün də Bakı Avrasiya universitetində təşkil edilir. Biz tələbələrlə görüşümüzü mütəmadi olaraq davam etdiririk. Əsas məqsədimiz odur ki, Dövlət rəmzlərimizi gənclərə daha çox sevdirək və təbliğ etdirək. Mən artıq görürəm ki, Dövlət atributlarından ibarət milli himnimizi oxuyanda gənclərimiz yüksək səslə bunu ifadə edirlər. Təbii ki, bu da özlüyündə bizləri çox sevindirir".

Ç.Bayramov bildirib ki, bu kimi tədbirlərin təşkilində başlıca məsələ Dövlət rəmzlərimizi yaradan, düşünən insanlar haqqında bilgilər verməkdir: "Hər bir gənc milli ideologiyanı yaxından bilməli və ona bələd olmalıdır. Hesab edirəm ki, bu gün ki mübariz gənclik universitetlərimizdən başlanılmalı və dövlət gerbimizi, himnimizi, bayrağımızı yaxından tanımalıdır. Hər bir gənc Azərbaycan prezidentini yaxından tanımalıdır ki, dövlətimizi də daha çox sevsin. Bu gün sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini dünyaya ictimaiyyətinin diqqətinə çatdırmaq məhz gənclərimizin borcudur. Çox keçməz ki, ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqları da məhz gənclərimizin əli ilə alınar. Artıq Azərbaycan gəncliyi bilir ki, ölkəmizin rəmzləri ilk dəfə olaraq Ulu öndər Heydər Əliyev tərəfindən 1991-ci ilin 17 noyabrında Naxçıvan Ali Məclisində qəbul olunub".

Daha sonra digər çıxış edənlər də Dövlət atributları ilə bağlı maraqlı fikirlərini söyləyiblər. Tələbələri maraqlandıran suallara isə qonaqlar tərəfindən aydınlıq gətirilib.

Qeyd edək ki, Azərbaycanın bütün universitetlərində "Dövlət rəmzlərimizi sevək və sevdirək" devizi altında tədbirlər təşkil ediləcək.

sia.az

Digər xəbərlər