Bu gün Ombudsman Aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-ci il dönümünə həsr olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı" mövzusunda elmi-praktiki konfrans keçirilir. SİA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə, millət vəkili, yazıçı-publisist Elmira Axundova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev və digər rəsmi şəxslər iştirak edib.Konfransda açılış sözü ilə çıxış edən Elmira Süleymanova bildirib ki, Ulu öndər Heydər Əliyev artıq bir fenomene çevirilib və bu dahi şəxsiyyət müstəqil Azərbaycan dövlətinin əsasını qoymaqla nəyə qadir olduğunu bir daha sübut edib: "Ümummmili lider 2-ci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycan xalqının tarixinə qurtuluş gününü yazıb. Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkə sosial, iqtisadi, praktiki və digər sahələrdə islahatlar məkanına çevirildi. Bu gün Heydər Əliyev qələminin əsəri olan Azərbaycan bir sıra istiqamətlərdə dünyanın aparıcı dövlətlərinə örnəkdir".
Ombudsman həmçinin onu da qeyd edib ki, Heydər Əliyev insan hüquqları sahəsində də yeni strategiyanın banisidir. Bu strategiyanın əsas hissəsini isə Ulu öndərin imzaladığı 9 amnistiya aktı (əfv fərmanı) təşkil edir. Bu fərman sayəsində 100-lərlə insan öz azadlığına geri qayıtdı.
sia.az