"Avropa Şurası Parlament Assambleyasının tədbirlərində Azərbaycan nümayəndə heyəti daim fəal iştirak edir. Bizim başlıca vəzifəmiz beynəlxalq təşkilatlarda dövlət və milli maraqlarımızı layiqincə qorumaqdır". Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, ilk növbədə, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi nümayəndə heyətinin gündəmindədir.
"Bu məsələ heç zaman Avropa Şurasının gündəmindən çıxmamalıdır. Biz əsas məqsədimiz məsələni diqqətdə saxlamaq və Ermənistanın işğalçılıq siyasətini ifşa etməkdir. Qurumun hazırkı yaz sessiyasında da bu problem diqqət mərkəzində olacaq. Ermənistan təcavüzkar dövlət olduğunu dünya ictimaiyyətindən gizlədə bilməz. Azərbaycan bu dövlətin işğalçı mahiyyətini beynəlxalq aləmə lazımi səviyyədə çatdırır"- deyə, nümayəndə heyətinin üzvü qeyd edib.
yap.org.az