PDF Oxu

Siyasət

  • 26

YAP-ın Sədr müavini Əli Əhmədov partiyanın Nizami rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüş keçirib

YAP-ın Sədr müavini Əli Əhmədov partiyanın Nizami rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüş keçirib

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov aprelin 20-də YAP Nizami rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüş keçirib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri, MM-in deputatı Sədaqət Vəliyeva təşkilatın gördüyü işlər, əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr haqqında məlumat verdi.

YAP-ın Sədr müavini Əli Əhmədov görüşdə çıxış edərək bütövlükdə partiyanın ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe, qazanılmış nailiyyətlər və partiya üzvlərinin üzərinə düşən vəzifələrdən bəhs etmişdir. 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov qeyd edib ki, YAP ənənəsinə uyğun olaraq prezident seçkiləri kampaniyasının yüksək fəallıq şəratində keçirilməsi və irəli sürdüyü namizədinin qələbəsinin təmin edilməsi üçün seçki kampaniyasına xeyli qalmış öz işlərinə start verib.

YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb.Əli Əhmədovun sözlərinə görə, bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib.

Əli Əhmədov bildirib ki, seski ilə bağlı partiyanın yerli strukturları, o cümlədən ilk təşkilatlar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.

Görüşdə YAP Sədrinin müavini Əli Əhmədov qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar partiyanın Nizami rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verib.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.

yap.org.az

Digər xəbərlər