PDF Oxu

Siyasət

  • 21

Əli Həsənov: Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyildir

Əli Həsənov: Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyildir

"Son illər Azərbaycanın sürətli inkişafı və beynəlxalq nüfuzunun yüksəlməsi dünyada ölkəmizə diqqətin daha da artmasına səbəb olmuşdur. Azərbaycan beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə ikitərəfli və çoxtərəfli formatlarda olduqca uğurlu əməkdaşlıq edir, qlobal və regional siyasətin formalaşmasında, siyasi gündəmin təyin edilməsində öz fəallığı ilə seçilir". Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində səsləndirmişdir.

Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan iqtidarı xalqımızın maraqlarına əsaslanan tam müstəqil xarici siyasət kursu yeridir və beynəlxalq aləmdə özünəməxsus mövqeyi ilə seçilir. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, biz beynəlxalq təşkilatlarla və dünya ölkələri ilə münasibətlərimizi qarşılıqlı hörmət, etimad, səmərəli əməkdaşlıq prinsipləri üzərində qururuq və xarici siyasətimizdə bu prinsiplərin yerinə yetirilməsinə çalışırıq. Bir-birinin daxili işlərinə müdaxilə etməmək ayrı-ayrı ölkələrlə əməkdaşlığımızın başlıca şərtləri sırasına daxildir. Biz üzv olduğumuz beynəlxalq təşkilatların haqlı iradlarını həmişə nəzərə alırıq, göstərilən nöqsanları aradan qaldırmağa çalışırıq. Harada tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdürsə, həmin tənqidlərin qəbulolunmazlığı açıq şəkildə ifadə edilir. Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyildir"-deyə Əli Həsənov bildirmişdir.

yap.org.az

Digər xəbərlər