PDF Oxu

Siyasət

  • 29

"Naxçıvan 2018-ci ildə islam mədəniyyətinin mərkəzi olacaq"

"Naxçıvan 2018-ci ildə islam mədəniyyətinin mərkəzi olacaq"

"İslam Əməkdaşlıq təşkilatının ötən müddətdə Azərbaycanla bağlı bütün istiqamətlərdə, xüsusən Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad olunması ilə bağlı konstruktiv, ədalətli və qətiyyətli mövqe nümayiş etdirməsini yüksək qiymətləndiririk". SİA-nın verdiyi xəbərə görə, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov İƏT-ə üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası zamanı səsləndirib.

Nazir bildiri ki, bu əməkdaşlığa layiqli cavab olaraq Azərbaycan təşkilatdakı fəaliyyətini ilbəil artırır: "Bundan 4 il əvvəl, 2009-cu ildə Bakı islam mədəniyyət mərkəzi elan edilmişdi. 2018-ci ildə isə qədim Azərbaycan torpağı olan Naxçıvan bu şərəfli adı daşıyacaq. Bütün bunlar xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkəmizin rəhbəri cənab İlham Əliyevin layiqli səviyyədə davam etdirdiyi siyasi kursun uğurlu nəticəsidir. 1994-cü-ilin dekabrında təşkilatın Kasablanka zirvə toplantısında Ulu öndər Heydər Əliyev ölkələrimiz arasında həmrəylik, hərtərəfli əməkdaşlıq, sülh və təhlükəsizliyi qoruyub saxlamaq üçün ədalətə əsaslanan zəruri tədbirlərin görülməsinin İƏT-in əsas prinsipi olduğunu söyləyərək təşkilatın müasir dünyanın qlobal və regional problemlərinin həllində əhəmiyyətli təsir göstərdiyini qeyd etmişdi. Bu müdrik fikir özünü zaman-zaman doğrultmaqdadır. İƏT çərçivəsində belə mötəbər tədbirin də məhz Ulu öndər Heydər Əliyevin 90 ilik yubileyi ərəfəsində keçirilməsi xoş bir təsadüf kimi yaddaşımızda qalacaq".

sia.az

Digər xəbərlər