PDF Oxu

Siyasət

  • 18

Akademik Zərifə xanım Əliyeva uğurlu elmi axtarışları nəticəsində oftalmologiya elminə böyük töhfələr vermişdir

Akademik Zərifə xanım Əliyeva uğurlu elmi axtarışları nəticəsində oftalmologiya elminə böyük töhfələr vermişdir

Aprelin 23-də Demokratik Azərbaycan Dünyası Partiyasının qərargahında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan partiyanın sədri Fatma Əliyeva zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı sanballı tədqiqatları, qazandığı nailiyyətləri, yaratdığı fundamental əsərləri ilə Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr yazmış Zərifə xanım Əliyevanın mənalı ömür yolundan və çoxşaxəli ictimai fəaliyyətindən söhbət açmışdır.

Bildirmişdir ki, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı, Azərbaycanı dinamik inkişaf yolu ilə aparan Prezident İlham Əliyevin anası Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük əmək sərf etmişdir.

Partiya sədri qeyd etmişdir ki, Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biri olan Zərifə Əliyeva bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmişdir. Ötən əsrin 40-50-ci illərində Zərifə xanım Əliyeva respublikamızın bir çox rayonlarında yayılmış traxoma xəstəliyi ilə mübarizədə əsl fədakarlıq göstərmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparmışdır. Zərifə xanım Əliyeva uğurlu elmi axtarışlar nəticəsində oftalmologiya elminə böyük töhfələr verməklə yanaşı, həm də müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Digər çıxış edənlər də Zərifə xanım Əliyevanın ləyaqətli, humanist, xeyirxah insan, mehriban ana, fitri istedada malik novator alim, pak və nəcib bir qadın olduğunu və onun işıqlı xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulamışlar.

Tədbirdə, həmçinin Zərifə xanım Əliyevanın xalqımıza bəxş etdiyi Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutduğu qeyd edilmişdir. Bildirilmişdir ki, partiya üzvləri daim dövlətimizin başçısını dəstəkləyəcəklər.

AzərTAc

Digər xəbərlər