Azərbaycan güclü dövlətdir. Çünki onun zəngin neft ehtiyatları vardır. Bu isə onun daha da güclənməsi deməkdir.
Bu sözləri AzərTAc-a müsahibəsində Finlandiya-Türkiyə Körpüsü Cəmiyyətinin idarə heyətinin üzvü xanım Anna Liza demişdir.
A.Liza bildirmişdir ki, Azərbaycanın sürətli inkişafı aydın görünməkdədir. Əminəm ki, düzgün qurulmuş iqtisadi strategiya ölkənizin inkişafına daha böyük imkanlar yaradacaqdır. Yalnız şəkillərdən və kitablardan tanıdığım Bakını çox sevirəm. Paytaxtınızın gözəl, yaraşıqlı binaları, geniş küçələri, tarixi abidələri zövq oxşayır. Bu fotosərgi də Azərbaycanın necə gözəl diyar olduğunu nümayiş etdirir.
Xanım Anna Liza demişdir ki, Azərbaycan haqqında ilk tanışlığım Estoniyadakı azərbaycanlı dostlarım və Finlandiya Azərbaycan Assosiasiyasının təşkil etdiyi tədbirlər vasitəsilə olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumata malik olduğunu deyən A.Liza, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi tələbində haqlı mövqedə olduğunu bildirmişdir.
AzərTAc