PDF Oxu

Siyasət

  • 20

Tovuzlu gənclər ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar

Tovuzlu gənclər ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar

Tovuz Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə N.Tusi adına məktəbdə "Gənc nəslin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə idarə, müəssisə və təşkilat nümayəndələri ilə yanaşı, rayonun orta məktəblərinin X-XI sinif şagirdləri də iştirak etmişlər.

Rayon məşğulluq mərkəzinin direktoru Bəhram Pənahov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının gənclər birliyinin sədri İlqar Kərimov və başqaları tədbirdə çıxış edərək böyük siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, gənclərə qayğısından, həyata keçirilən dövlət gənclər siyasətindən, gənc nəslin formalaşmasındakı rolundan danışmışlar. Bildirilmişdir ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir iştirakçıları sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxmışlar.

AzərTAc

Digər xəbərlər