PDF Oxu

Siyasət

  • 24

İordaniyanın ərəbdilli “81-Diyar” qəzetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar məqalələr dərc edilmişdir

İordaniyanın ərəbdilli “81-Diyar” qəzetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar məqalələr dərc edilmişdir

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar İordaniyanın ərəbdilli "81-Diyar" qəzetində jurnalist Yelena Nidoqinanın Ulu Öndərin şərəfli həyat yolunu və fəaliyyətini, müasir müstəqil Azərbaycan dövlətinin formalaşmasındakı misilsiz xidmətlərini əks etdirən məqalələri dərc olunmuşdur.

Azərbaycanın İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yazılarda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, gənclik illərindən, keçmiş Sovet İttifaqının təhlükəsizlik orqanlarında və ən ali qurumlarındakı fəaliyyətindən, Ulu Öndərin Vətənimiz qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilir.

Müəllif yazır ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ali postlar tutmuşdur. SSRİ-nin yüksək siyasi rəhbərliyində mühüm vəzifə tutmuş yeganə müsəlman olan Heydər Əliyev İslam dünyasının yaxın dostu hesab olunur. Ulu Öndər İslam dünyasının izlədiyi problemlərin həllinə daim maraq və diqqət göstərmişdir.

Məqalədə, həmçinin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın formalaşmasında, müstəqilliyimizin möhkəmləndirilməsində, vətəndaş müharibəsinin qarşısının alınmasında, ölkədə ictimai-siyasi və iqtisadi sabitliyin bərqərar olunmasında misilsiz rolundan bəhs edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın xarici siyasətindəki uğurlar, habelə ölkəmizin Qərbə və İslam dünyasına inteqrasiyası məhz Ulu Öndərin adı ilə bağlıdır.

Yazılarda Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, həmin ilin oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildiyi vurğulanır.

Müəllif, həmçinin bu il Azərbaycan xalqının Ümummilli Liderinin 90 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşdığını yazır. Vurğulanmışdır ki, bu tarix Azərbaycan xalqı tərəfindən böyük bayram kimi qeyd olunur.

AzərTAc

Digər xəbərlər