Aprelin 28-də Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın doğum günüdür.
AzərTAc xəbər verir ki, bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və respublikanın fəal qadınları aprelin 25-də Fəxri xiyabana gələrək, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.
AzərTAc