PDF Oxu

Siyasət

  • 19

ABŞ-ın nüfuzlu “The Hill” qəzetində Azərbaycan səfirinin məqaləsi dərc olunmuşdur

ABŞ-ın nüfuzlu “The Hill” qəzetində Azərbaycan səfirinin məqaləsi dərc olunmuşdur

ABŞ-ın nüfuzlu "The Hill" qəzetinin 24 aprel tarixli nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqaləsi dərc olunmuşdur.

Məqalədə bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün beynəlxalq ictimaiyyət təcili tədbirlər görməlidir. Diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəndə torpaqlarımızın 20 faizinin işğal edildiyini, bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrildiyini diqqətə çatdırmışdır. Ermənistanın Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğal altında saxladığını qeyd edən E.Süleymanov münaqişəsinin nizamlanmasında beynəlxalq ictimaiyyətin fəal iştirakına ehtiyac duyulduğunu vurğulamışdır.

Səfir, eyni zamanda, Azərbaycanın dinamik iqtisadi inkişafı, ölkəmizin Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi uğurlu regional layihələr haqqında oxucuları məlumatlandırmış, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində bu layihələrdən təcrid olunduğunu diqqətə çatdırmışdır.

AzərTAc

Digər xəbərlər