Mayın 1-də Heydər Əliyev Sarayında TRT-nin təşkilatçılığı ilə Ulu Öndərin xatirəsinə həsr olunmuş "Bir millət, iki dövlət"’ adlı konsert təqdim ediləcəkdir.
TRT-nin Bakı təmsilçiliyindən bildirmişlər ki, konsertin proqramında "TRT Müzik" kanalının "Axşam səfası" ansamblı, ölkəmizdə yaşayan türkiyəli opera müğənnisi Oya Ergün, Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Tünzalə Ağayeva çıxış edəcəklər.
Konsert TRT-3 telekanalı və Azərbaycanın İctimai Televiziyası ilə canlı yayımlanacaqdır.
Konsertdə TRT-nin baş direktoru İbrahim Şahin, siyasət, ədəbiyyat və incəsənət xadimləri, media nümayəndələri, Azərbaycan və Türkiyə ictimaiyyətinin təmsilçiləri iştirak edəcəklər.
yap.org.az