PDF Oxu

Siyasət

  • 16

Ramin Məmmədov: Dünyada ölkələrində fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gördüyü işlər uğurla davam edir

Ramin Məmmədov: Dünyada ölkələrində fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gördüyü işlər uğurla davam edir

"Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi sahəsində gördüyü işlər uğurla davam edir". Bu fikri Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, bu istiqamətdə gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcək. Onun sözlərinə rəhbərlik etdiyi qurumun Mərkəzi Şurasının İstanbulda keçiriləcək iclasında bu məsələlər müzakirə olunacaq.

"İclasda Dünya Azərbaycanlı Gənclər Birliyinin elm, təhsil, mədəniyyətvə digər sahələrdə xarici ölkələrin gənclər təşkilatları ilə əməkdaşlığın qurulması, həmvətənlərimizin yaşadıqları cəmiyyətə inteqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması istiqamətində fəaliyyətinə dair fikir mübadiləsinin aparılması da gözlənilir. Bundan əlavə, növbəti iclasa qədər layihələrin, görüləcək işlərin istiqamətləri və həyata keçirilməsi barədə müzakirələrin aparılması da nəzərdə tutulub. İclasda həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin növbəti Qurultayının gündəliyi və müzakirə olunacaq məsələlər dəqiqləşdiriləcək"- deyə, R.Məmmədov qeyd edib.

yap.org.az

Digər xəbərlər