PDF Oxu

Siyasət

  • 34

Bakı Bəyannaməsi qəbul edilib

Bakı Bəyannaməsi qəbul edilib

Bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin II Bakı konfransı yekunlaşıb. SİA xəbər verir ki, konfransda İƏT-ə üzv ölkələr tərəfindən Bakı Çərçivə Sənədi, Əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq üzrə Qətnamə və Bakı Bəyannaməsi qəbul olunub. Azərbaycanın əmək və əhalinin soaial müdafiəsi naziri Füzuli Ələkbərov konfransda yekun çıxışında deyib ki, indi İƏT-ə üzv ölkələrin qarşısında duran vacib vəzifə bu sənədlərin yüksək səviyyədə icrası üçün bütün mümkün səylərin göstərilməsi, aparılacaq siyasətlərdə əməkdaşlıq prinsiplərinin diqqətdə saxlanılmasıdır: "Azerbaycan növbəti konfransa qədər olan müddətdə Vahid Əlaqələndirmə Şəbəkəsinə məsul bir ölkə kimi, bu vəzifəni İslam Əməkdaşlıq Təşkilatının və Təşkilata üzv ölkələrin inam və etimadına layiqli şəkildə icra edəcək. Həmçinin Təşkilata sədr ölkə İslam Əməkdaşlıq Təşkilatı yanında əmək məsələləri üzrə xüsusiləşdirilmiş orqanın yaradılması sahəsində bütün imkan və səylərini səfərbər edəcək".

Qeyd edək ki, üzv ölkələr tərəfindən qəbul olunmuş Bakı Bəyannaməsində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əmək və məşğulluq məsələləri ilə bağlı uzunmüddətli əməkdaşlıq prioritetləri üzrə əlaqələndirmə işlərini yerinə yetirmək üçün Təşkilatın xüsusiləşdirilmiş orqanının yaradılması və bu orqanın Bakıda fəaliyyət göstərməsi barədə Azərbaycanın təklifinin fəal dəstək qazanması öz əksini tapıb. Həmçinin Bəyannamədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqinda da Konfrans iştirakçılarının yekdil rəyi qeyd olunub.

sia.az

Digər xəbərlər