PDF Oxu

Siyasət

  • 16

Gəncə gəncləri Ulu Öndərin unudulmaz xatirəsini əziz tuturlar

Gəncə gəncləri Ulu Öndərin unudulmaz xatirəsini əziz tuturlar

Nadir tarixi şəxsiyyət kimi yetişən dahi Heydər Əliyevin yenilməz iradəsi, zəngin təfəkkürü, uzaqgörənliyi, tükənməz enerjisi, misilsiz xidmətləri onu bütün dünya azərbaycanlılarinin, tərəqqipərvər bəşəriyyətin sevimlisi edib. Bütün həyatını doğma xalqına, Vətəninə həsr etmiş ümummilli liderimizin ömür yolu dərin fəlsəfi köklərə malik böyük siyasi məktəbdir. Onun zəngin irsi politoloqlar, tarixçilər tərəfindən mütəmadi öyrənilir və əbədi məşəltək yolumuza nur saçır.

Görkəmli dövlət xadiminin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin Ulu Öndərin anadan olmasının 90 illiyi münasibəti ilə imzaladığı sərrəncama uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətində və YAP Gəncə şəhər təşkilatında geniş tədbirlər planı hazırlanıb.

YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin müvafiq qərarı ilə bu möhtəşəm tədbirləri həyata keçirmək üçün Şura üzvlərindən, Ağsaqqallar Şurası və Qadınlar Şurası üzvlərindən ibarət Təşkilat Komitəsi yaradılıb. Tədbirlər Planına uyğun olaraq, 25 aprel 2013-cü il tarixində şəhərin ali və orta ixtisas məktəbləri YAP Gənclər Birliyi ərazi ilk təşkilatlarının nümayəndələri arasında "Heydər Əliyev irsini öyrənirik" adlı Bilik yarışının açılışı olub. Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov açıq elan edib. Yarış iki mərhələdə keçiriləcəkdir.

Birinci mərhələdə AzMİ Gəncə filialının komandası Musiqi Kollecinə 1:0 , AzTU-nun komandası Tibb Kollecinin komandasına 1:0 hesabı ilə qalib gəlib. AzTU-nun və AzMİ Gəncə filialının komandaları yarımfinalda qarşılaşacaqlar.

Bilik yarışında ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə, xüsusilə, ikinci dəfə respublikada rəhbərliyə qayıdışı, Prezidentlik fəaliyyətinə, ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin əsas istiqamətlərinə, Heydər Əliyev Fondunun fəaliyyətinə, YAP-ın cəmiyyətdə mövqeyinə, ərazi bütövlüyümüzün qorunmasına, milli-mənəvi dəyərlərimizə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına, Gəncə şəhərinin qədim tarixinə və müasir dövrünə dair maraqlı, konkret suallar cavablandırılıb. Hər görüş üçün 5 sual müəyyənləşdirilib. Yarışın qaydalarına görə komandalar rəqiblərini püşkatma yolu ilə müəyyən edilib.

Yarışda komandaların cavablarını qiymətləndirmək üçün YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvlərindən, şəhər İcra Hakimiyyətinin nümayəndələrindən, şəhərin nüfuzlu ziyalılarından elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti seçilib. Yarışda iştirak edən komandaların hər birinə YAP Gəncə şəhər Təşkilatının qiymətli hədiyyələri təqdim olunacaq. Ötən il dahi Heydər Əliyevin anadan olmasının 89 illik yubleyi münasibəti ilə keçirilən "Heydər Əliyev irsini öyrənirik" adlı bilik yarışında qalib komandaya təqdim olunan YAP-ın keçici bayrağı ənənəyə uyğun olaraq, builki yarışın qalibinə təqdim ediləcəkdir.

Final görüşündə birinci və ikinci yerə çıxmış komandanın üzvlərinə diplomlar və hədiyyələr veriləcəkdir.

sia.az

Digər xəbərlər