"Dağlıq Qarabağ münaqişəsinin başlanmasına səbəb Sumqayıt hadisələri olub". SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda "Azərbaycanın Ümummilli lider Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti: Qaçqınlara və məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı" mövzusunda konfransında bildirib.
Baş nazirin müavinin sözlərinə görə, Ermənistanın fitnə dolu təxribatları nəhayət, 1988 -ci ildə öz bəhrəsini verib: "Belə ki, həmvətənlərini sistemli şəkildə öldürərək, Azərbaycan üzərinə hücum etmək üçün səbəb yaratdılar. Təəssüflər olsun ki, onların bu niyyətləri qismən də olsa həyata keçdi".
Baş nazirin müavini xüsusilə qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu təxribatlara son qoyulub.
sia.az