PDF Oxu

Siyasət

  • 21

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Tokioda təntənəli şəkildə qeyd ediləcəkdir

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Tokioda təntənəli şəkildə qeyd ediləcəkdir

Azərbaycan xalqının ümummillli lideri Heydər Əliyevin 90 illik yubileyi Yaponiyanın paytaxtında təntənəli şəkildə qeyd ediləcəkdir.

Azərbaycanın Yaponiyadakı səfirliyi tərəfindən mayın 10-da keçiriləcək tədbirdə Tokio ictimaiyyətinin nümayəndələri, Yaponiyada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun üzvləri iştirak edəcəklər.

Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin həyatına və dövlətçilik fəaliyyətinə həsr edilmiş sərgi təşkil olunacaqdır. Sərgidəki materiallar görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi həm sovet dövrünü, həm də müstəqillik illərini əhatə edəcəkdir. Eyni zamanda, Azərbaycan-Yaponiya münasibətlərinin qurulmasında və inkişafında milli liderin fəaliyyətini əks etdirən fotolar da tədbir iştirakçılarına təqdim olunacaqdır.

Mərasimdə iki ölkə arasında əlaqələrin qurulmasında Yaponiya tərəfdən xüsusi xidmətləri olan, ümummilli liderin 1998-ci ilin fevralında Yaponiyaya rəsmi səfəri zamanı onunla görüşən insanlar ulu öndərlə bağlı xatirələrini bölüşəcəklər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyatından və dövlətçilik fəaliyyətindən bəhs edən film nümayiş olunacaqdır.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı səfirlik tərəfindən müvafiq mətbuat məlumatının hazırlanaraq, dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə, Yaponiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərə, təhsil müəssisələrinə və nüfuzlu beyin mərkəzlərinə göndəriləcəkdir.

Eyni zamanda, bir sıra ali məktəblərdə, o cümlədən Keyo və Vaseda universitetlərində ümummilli lider Heydər Əliyevə həsr edilmiş təqdimatlar keçiriləcəkdir.

AzərTAc

Digər xəbərlər