PDF Oxu

Siyasət

  • 22

Türkiyə qondarma “erməni soyqırımı” məsələsində verdiyi dəstəyə görə Azərbaycana minnətdardır

Türkiyə qondarma “erməni soyqırımı” məsələsində verdiyi dəstəyə görə Azərbaycana minnətdardır

Türkiyə qondarma "erməni soyqırımı" məsələsində verdiyi dəstəyə görə Azərbaycana minnətdardır.

AzərTAc xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun jurnalistlərə müsahibəsində demişdir.

Ermənilərin dünya birliyinə təzyiq göstərməyə çalışdığını vurğulayan səfir ölkəsinin Ermənistanın türk dünyasına belə bir ləkəni yaxmasına imkan verməyəcəyini qeyd etmişdir.

Türkiyədə açıq və demokratik bir cəmiyyətin olduğunu söyləyən İ.A.Coşkun 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılıb müzakirə edilməsinə hazır olduqlarını bildirmişdir.

AzərTAc

Digər xəbərlər